Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gilzayların osmanlılarla münasibətləri

1726-ci ildə İran şahı Mir Əşrəh əfqan ordusu başında, o zamana qədər Qəzvin, Təbriz və Həmədan daxil bütün Azərbaycanı tutan osmanlılara qarşı çıxış etdi.

Bir sıra döyüşdən sonra Əşrəf osmanlı ordusunun irəliləməsini dayandıra bildi. 1727-ci ilin sentyabrında Mir Əşrəf, Osmanlı imperiyasının Azərbaycanı, Kürdüstanı və Xuzistanı, eləcə də Zəncanı və Tehranı alması şərti ilə sülh sazişi bağladı.

Mir Əşrəf, İrana nəzarət edərək, heç də hər yerdə özünü hakim hiss etmirdi. Mazandaranda, hələ 1722-ci ildə özünü İran yeni şahı elan etmiş Sultan Hüseynin oğlu səfəvi şahzadəsi II Təhmasib möhkəmlənmişdi.

1726-cı ildə osmanlı ordusunun İsfahana yaxınlaşmasını görən Mir Əşrəf,II Təhmasibin atası əsir şah Sultan Hüseyni öldürtdürmüşdü.


Tarix: 21.01.2015 / 16:02 Müəllif: Feriska Baxılıb: 20 Bölmə: Azərbaycanlı sülalələr
loading...