beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızılbaş

Qızılbaş (fars. قزلباش‎ Qezelbāš; ing. Qizilbash) - Səfəvi.

Qızılbaşlığın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə görə Məhəmməd peyğəmbər Ühüd döyüşündə yaralanır, başından axan qanlar onun başını qızıl bir baş halına gətirir və bundan sonra Həzrəti Əli başında qırmızı tac ilə müharibələrdə iştirak etmişdir və qızılbaşlar bu adı burdan almışlar. Digər bir rəvayətə görə Şah İsmayıl İkinci Bəyazid dövründə öz əsgərlərini Anadoludan Suriyaya keçirəndə bu əsgərlərin də başında qırmızı təkkələr varmış və bundan sonra şiələrə qızılbaş deməyə başlamışlar. [1]

Alman alimi Brokelmana görə isə atasının ölümündən sonra Şeyx Heydər öz təriqətinə yeni bir şəkil verdi ki, bu da öz ifadəsini yeni bir baş örtüyündə tapmışdır. Bu qırmızı başlıq 12 imama işarət edən 12 dilimli bir Heydəri baş örtüyü idi


Tarix: 21.01.2015 / 14:31 Müəllif: Feriska Baxılıb: 58 Bölmə: Azərbaycanlı sülalələr