Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfəvi-Osmanlı müharibəsi (1730-1736)

Tarixi
1730-1736-cı illər müharibəsinin başlanmasına İranda əfqan ağalığına son qoyan və faktiki olaraq hakimiyyəti əlində cəmləşdirən Səfəvi sərkərdəsi Nadir xan Əfşarın Həmədan sülh müqaviləsinin şərtləri ilə razılaşması səbəb oldu.

1730-cu ildə Nadir Xorasanda əfqanların qiyamını yatırarkən II Şah Təhmasib Osmanlıya qarşı müstəqil hərbi əməliyyata başladı. Lakin Həmədan yaxınlığında məğlubiyyətə uğrayıb sülh bağlamağa məcbur oldu. 1723-cü il müqaviləsinə əsasən, Araz çayından şimalda yerləşən Zaqafqaziya ərazisi Osmanlı İmperiyasının tərkibinə keçdi. Lakin tezliklə II Şah Təhmasibi hakimiyyətdən salan Nadir Osmanlılara qarşı hərbi əməliyyatı genişləndirdi.

1734-1735-ci illərdə Şimali Azərbaycan, Şərqi Ermənistan və Şərqi Gürcüstan Osmanlıdan geri alındı. Qars və Eçmiədzin arasında ağır məğlubiyyətə uğrayan (14 iyun 1735) Osmanlılar sülh danışıqları aparmağa məcbur oldular.

İstanbulda bağlanmış (17 oktyabr 1736) sülh şərtlərində 1723-cü ildən başlayaraq Osmanlılar tərəfindən işğal edilmiş bütün ərazilərin İrana qaytarılması nəzərdə tutulurdu. Lakin bu müqavilə həyata keçmədi. Sonralar Nadirin apardığı müvəffəqiyyətli hərbi əməliyyatlar Osmanlıları 1639-cu il sülh şərtlərini imzalamağa (1746) məcbur etdi.


Tarix: 21.01.2015 / 14:23 Müəllif: Feriska Baxılıb: 31 Bölmə: Azərbaycanlı sülalələr
loading...