beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sürəyya xanım Qacar

Həyatı
Sürəyya xanım Şəmsəddin mirzə qızı 1 may 1910-cu ildə Şuşa Şəhərində anadan olmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. 1927 ildə Bakı Pedaqoji Texnikumunu bitirmişdi. 1927-39-cu illərdə Azərbaycan Opera və Balet Teatrının solisti olmuş, burada Leyli, Əsli, Gülnaz, Asya ("Leyli və Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Z. Hacıbəyli) partiyalarında çıxış etmişdir. 1940-cı ildən Azərbaycan Dövlət Filarmoniyasında solist (fasilələrlə), 1968 ildən vokal üzrə məsləhətçi-müəllim işləmişdi. Repertuarında Azərbaycan xalq mahnıları, muğamlar, eləcə də xarici ölkə xalqlarının və bəstəkarlarının mahnıları əsas yer tutmuşdu. O, 1992-ci ildə vəfat edib.

Mükafatları
Sürəyya xanım Qacar Azərbaycan Respublikasının xalq artisti fəxri adını almış, 2 "Şərəf nişanı" ordeni ilə təltif edilmişdi.


Tarix: 19.01.2015 / 15:05 Müəllif: Feriska Baxılıb: 66 Bölmə: Azərbaycanlı sülalələr