beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Buğurt qalasında mühasirədə olan Şirvanşah Şahruxa köməyə getməsi (1538)

Şah Təhmasibin 1538-ci ilin baharında başlatdığı Şirvana yürüşü zamanı qızılbaşlar Şirvanşah Şahruxun sığındığı Buğurt qalasını mühasirə edərkən,

"o əsnada Şəki hakimi Dərvişməhəmməd xan dağlıq yerlərin ləşgərini toplayıb Şahruxun köməyinə gəldi ki, qalanın yanında (qızılbaş) əmirlərin ordugahına şəbxun yetirsin. Bu məqsədlə ordunun yaxınlığına gəlib; nağara döyəcləndi və surlar çalındı. Məhəmməd bəy Şirbəxt oğlu Talış və bəzi qorçilər o "yolunu azmışın" dəfinə rəvan oldular və onları (şəkililəri) məğlub edib, onun (Dərvişməhəmməd xanın) əksər adamlarının həyat paltarından lüt-üryan etdilər. Elə ki şirvanlılar Dərvişməhəmməd xanın imdadından məyus oldular"[5], təslim olmaq qərarına gəldilər.

3 sentyabrda Şirvanşahların sonuncu müqavimət ocağı – Gülüstan qalası da müqaviməti dayandırdı və bununla da Şirvanın Səfəvilər tərəfindən işğalı başa çatdı, Şirvanşah Şahrux isə Təbrizə aparıldı və 1539-cu ildə orada gizlincə edam edildi.


Tarix: 10.01.2015 / 18:03 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Azərbaycan xanlıqları