Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tofiq Mustafazadə

Həyatı
Tofiq Teyyub oğlu Mustafazadə 1949-сu il iyunun 1-də Azərbaycan Respublikası Dəvəçi (indiki Şabran) rayonunun Zeyvə kəndində anadan olmuşdur. O, 1966-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olmuş, 1971-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Tofiq Mustafazadə Universitetdə əla qiymətlərlə oxuduğuna görə K.Marks adına təqaüdə layiq görülmüşdür.

Elmi fəaliyyəti
Tofiq Mustafazadə 1971-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyası (EA) Yaxın və Orta Şərq xalqları institutunda laborant, ADU-nun ümumi tarix kafedrasında baş laborant, Sumqayıt şəhər və Dəvəçi rayonu orta məktəblərində tarix müəllimi vəzifələrində çalışmışdır.

1975-1977-ci illərdə Azərbaycan EA Tarix İnstitutunun əyani aspiranturasında təhsil almış, 16.12.1977-ci ildən həmin İnstitutun “Azərbaycanın Rusiya və Qafqaz xalqları ilə əlaqələri tarixi” şöbəsinə (sonralar “Azərbaycanın qonşu xalqlarla əlaqələri və xanlıqlar dövrü tarixi”) kiçik elmi işçi vəzifəsinə işə qəbul olunmuşdur.

Tofiq Mustafazadə 01.VII.1986-cı ildən böyük elmi işçi, 01.II.1993-cü ildən aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, 16.XI.1996-cı ildən 2011-ci il yanvarın sonunadək adı çəkilən şöbənin müdiri vəzifəsində işləmiş, 2011-ci il yanvarın 24-dən isə yeni yaradılmış “Ümumi tarix” şöbəsinə başçılıq edir.

Tofiq Mustafazadə 1980-ci il iyunun 16-da namizədlik (tarix üzrə fəlsəfə doktoru), 1992-ci il iyul ayının 30-da isə doktorluq dissertasiyaları müdafiə etmişdir. O, 08.I.1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür

T.T.Mustafazadə uzun müddət BDU-nun tarix fakültəsində və Lənkəran Dövlət Universitetində professor vəzifəsində çalışmışdır.

1993-cü ildən “Azərbaycan Tarix Qurumu” iсtimai birliyinin sədridir.

2012-ci il 25 mayda Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona Dövlət mükafatı verilmişdir.

Professor T.T.Mustafazadənin indiyədək 160-dan çox elmi əsəri (o сümlədən 47-si xariсdə) və metodik vəsaiti çap olunmuşdur.

T.T.Mustafazadənin elmi-tədqiqat fəaliyyəti başlıca olaraq iki istiqamətdə aparılır:

Azərbaycanın Rusiya və Osmanlı dövlətləri ilə münasibətləri;
Azərbaycan xanlıqlarının tarixinin tədqiqi.
Əsərləri
Monoqrafiya
XVIII əsrin birinci yarısında Azərbaycanda Rusiyaya meylin güclənməsi. Bakı, Elm, 1986 (88 səh.)
Азербайджан и русско-турецкие отношения в первой трети XVIII века. Баку, Eлм, 1993 (240 s.).
XVIII yüzillik - XIX yüzilliyin əvvəllərində Osmanlı-Azərbaycan münasibətləri, Bakı, Elm, 2002 (372 səh.).
Quba xanlığı. I c. Bakı, Elm, 2005 (480 s.+1 xəritə).
İrəvan xanlığı (Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi), Bakı, 2009 (Y.M.Mahmudov, S.Məmmədov, G.Nəcəfli, N.Mustafa, Məmmədova, H.Həsənov, İ.Məmmədov, V.Umudlu, S.Hacıyeva, N.Gözəlova ilə müştərək).
The İravan Khanate (The Russian okkupation and the relocatin of Armenians to the lomds of North Azerbaijans, Baku, Chashioglu, 2010, 608 p.). (Y.M.Mahmudov, S.Mammadov, G.Nagcafli, N.Mustafa, G.Mammadova, V.Umudlu, S.Hadjieva, N.Gozalova)
Иреванское ханство. Российское завоевание и переселение армян на земли Северного Азербайджана, Баку, Çaşıoğlu, 2010 (616 c.) (соавторы Я.Махмудов, С.Мамедов, Г.Наджафлы, Н.Мустафа, Г.Мамедова, В.Умудлу, С.Гаджиева, Н.Гезалова)
Qarabağ xanlığı. Bakı, Sabah, 2010, 333 s.
Azərbaycan-Rusiya münasibətləri (XVIII əsrin ikinci yarısı - XIX əsrin əvvəlləri) Bakı, Şərq-Qərb, 2013 (528 s.).
Dərs vəsaitləri, metodik göstəricilər
Ümumi tarix (dərs vəsaiti), I cild, Bakı, Elm, 1995 (175 s.).
Ümumi tarix (dərs vəsaiti), II c. Bakı, Elm, 1995 (256 s.).
Ümumi tarix (dərs vəsaiti), III c. Bakı, Elm, 1997, 393 s.
Ümumi tarix (dərs vəsaiti), IV c. Bakı, Elm, 1998 (418 s.).
XVIII əsrdə Azərbaycan və rus-türk münasibətləri (seçmə fənninin proqramı). Lənkəran, 1998, 9 səh.
Beynəlxalq münasibətlər tarixi, I hissə (ən qədim zamanlardan 1870-ci ilə qədər). Proqram, Bakı, 1999 (32 səh.).
Yeni tarix. Orta ümumtəhsil məktəblərinin 9-cu sinif şagirdləri üçün dərslik, Bakı, Maarif, 2001, s. 151-153 (§ 22, 23, 24); 214-277 (§ 35); 264-268 (§ 45); 274-276 (§ 47); 285-287 (§ 51), cəmi 40 səh.
Yeni tarix, I hissə. Orta məktəblərin 9-cu sinifləri üçün dərs vəsaiti. Bakı, Çıraq, 2001, səh. 3-145, 177-180-ci səhifələr, cəmi 147 səh.
Ümumi tarix, I kitab (ən qədim zamanlardan XVIII əsrin sonunadək). Dərs vəsaiti. Bakı, İqtisad Universitetinin nəşriyyatı, 2009 (1152 s.).
Azərbaycan xanlıqlarının qısa tarixi (dərs vəsaiti), Bakı, 2011, s.392.
Ümumi Tarix, II kitab (XIX – XXI əsrin əvvəlləri). Dərs vəsaiti. Bakı, Victory, 2012, ( 830 s.)


Tarix: 11.02.2015 / 14:57 Müəllif: Feriska Baxılıb: 180 Bölmə: Azərbaycan tarixçiləri
loading...