beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yakov Aqarunov

Bioqrafiya

Bağban ailəsində anadan olub. 1915-1919-cu illərdə yəhudi məktəbində tədris alıb, eyni zamanda rus məktəbində oxuyub.

1920-ci illərdə komsomolçu olmuş, həvəskar dram klublarında iştirak etmişdir. 1924-1925-ci illərdə Üzeyir Hacıbəyovun Arşın mal alan pyesini cuhuri dilinə tərcümə etmişdir.

1925-1928-ci illərdə Moskva və Bakıda fəhlə institutlarında təhsil almış, Bakı Pedaqoji institutunun tarix fakültəsini və Sov.İKP(b) Mərkəzi Komitəsinin Ali Partiya məktəbini bitirmişdir.

1932-ci ildən - Azərbaycan KP (b) Mərkəzi Komitəsinin aparatında olmuş, 1934-1938 illərdə edir. - Dağ-yəhudi ləri dilində çap olunan Kommunist qəzetinin redaktoru, eyni zamanda - Azərbaycan Dövlət Nəşriyyatının direktor müavini idi (Dağ-yəhudilərinin dilindəki kitabların nəşrinə nəzarət edirdi).

1937-ci ildən — Azərbaycan KP (b) Mərkəzi Komitəsi üzvlüyünə namizəd idi. 1938-ci ildə isə Orconikidze rayonu raykomunun birinci katibi olmuşdur. 1938-1939-cu illərdə rayon SSRİdəki ən çox neftverən rayonlardan birinə çevrildiyi üçün Aqarunov "Qırmızı Əmək Bayrağı" ordeninə layiq görülmüşdü. 1939-cu ildə isə artıq Mərkəzi Komitə üzvü idi.

1941-ci ildə Bakı neft sənayesinin Partiya Komitəsinin katibi vəzifəsinə təyin olunmuş, İkinci Dünya Müharibəsi zamanı 23,5 milyon ton neft istehsalına görə Aqarunova Şərəf Nişanı verilmişdi.

1942-ci ildə 5000 Bakılı mütəxəssisin iştirakı ilə Kuybışev vilayətində, neft axtarışına başlanarkən vilayət komitəsinin katibi təyin olunmuş, sonrakı il neft istehsalını 42% artırdığı üçün Lenin ordeni ilə təltif olunmuşdu.. SSRİ Neft Sənayesi naziri Nikolay Baybakov Aqarunovu "Vətənin neft sənayesinin banilərindən biri" adlandırırdı.

1947-1950-ci illərdə Bakı şəhər partiya komitəsi katibi olmuşdur.

1963-1971-ci illərdə Ümumittifaq Elmi-Tədqiqat İnstitutunun Neft sənayesinin təhlükəsizliyi üzrə direktor müavini təyin olunmuşdur.

Dəfələrlə Azərbaycan Azərbaycan SSR Ali Sovetinin deputatı və Mərkəzi Komitə üzvü olmuşdur. Bir çox partiya konfransında iştirak edərək, Sov.İKP-inin XVIII qurultayında nümayəndə olmuşdur.

Təqaüdə çıxdıqdan sonra publisistik fəaliyyətinə davam etmişdir. 1992-ci ildə Bakıda vəfat etmişir.
Ailəsi

Mixail Aqarunov (d. 1936) — Professor, kimyaçı, Dağ yəhudiləri şəcərəsi üzrə ekspert.
Elmira Aqarunova (d. 1940) — kimya elmləri namizədi.

Yaradıcılığı

Folkloru poeziya ilə birləşdirən Aqarunov dağ yəhudilərinin ədəbiyyatında önəmli yer tutur. O öz yaradıcılığında rəsmi dövlət siyasəti ilə sosial məsələlərə işıq tutub.

1929-cu ildə Bakıda İkinci Dağ Yəhudilərinin mədəniyyəti konfransında iştirak etmiş, tat dilinin latın əlifbasına keçirilməsi barədə işlər görmüşdü.

8000 sözdən ibarət tat-rus, rus-tat lüğətinin müəllifidir (oğlu tərəfindən nəşr olunub).

«Neft və Qələbə» (Bakı, 1991), «Kiçik millətin böyük taleyi» (1995), «Tat ədəbiyyatı necə yarandı» əsərlərinin müəllifidir.
Məşhur əsərləri

Kovter ("Göyərçin", 1920) — tat dilindəki ilk şeiridir.
Padşox, rabbi va-oşir ("Padşah, ravvin və varlı", 1920) — gənclər üçün satirik komediya.
Taxzir kini? ("Təqsir kimdədir?", və yaxud "Sevinc gözyaşları"; 1928) — Bakı və Dərbənddə dəfələrlə səhnəyə qoyulmuş pyes.
Duxqar doqi (Dağ qızı, 1928) - şeir.

Məşhur kitabları

Aqarunov Y.M. Kiçik xalqın böyük taleyi [Dağ yəhudiləri haqqında] : (Xatirat). — Мoskva.: Çoro, 1995. — 154 s. — 2000 ekz. — ISBN 5-8497-0014-5.
Aqarunov Y.M. Böyük Vətən müharibəsi zamanı Azərbaycan neftçilərinin qəhrəman əməlləri.— Bakı Аzərnəşr, 1982. — 107 s. — 4000 ekz. || Neft və qələbə, Bakı, Azərnəşr, 1991. — 166 s. — 5000 ekz.
Tat ədəbiyyatı necə yarandı // Vatan Sovetimu. — 1974—1977. (sitatlar, yudeo-tat dilində)
Aqarunov Y.M., Aqarunov M.Y. Dağ Yəhudiləri dilinin böyük lüğəti - Cuhuri: Kitab 1. Cuhuri-Rus lüğəti, Kitab 2. Rus-cuhuri lüğəti — Pyatiqorsk: Qeula, 2010. — 660 s.
Aqarunov Y.M., Aqarunov M.Y. Tat-rus lüğəti: Təqribən. 9000 sözlük. — Мoskva.: Yəhudi institutu, 1997. — 204 s.

Mükafatları

Lenin ordeni
"Qırmızı Əmək Bayrağı" ordeni
"Şərəf Nişanı" ordeni

SSRİ fəxri neftçisi
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri diplomu (1977, 1987)


Tarix: 06.07.2015 / 18:05 Müəllif: Feriska Baxılıb: 431 Bölmə: Azərbaycan coğrafiyası