beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dilarə Əliyeva (ədəbiyyatşünas)

Həyatı

Dilarə Əliyeva 1929-cu il dekabrın 14-də Tbilisi şəhərində dəmirçi ailəsində anadan olub. Tbilisidəki Azərbaycandilli 97 nömrəli orta məktəbi bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olandan sonra Gürcüstan EA-nın Şota Rustaveli adına Ədəbiyyat İnstitutuna ezam edilmişdir. Burada "Azərbaycan-gürcü ədəbi əlaqələrinin XIX əsr ədəbiyyatında inikası" mövzusunda namizədlik dissertasiyasını işləmiş, 1954-cü ildə müdafiə etmişdir.

Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, Nizami adına Ədəbiyyat Muzeyində baş elmi işçi, muzeyin qədim və orta əsrlər ədəbiyyatı şöbəsində müdir, sonra Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində böyük elmi işçi, nizamişünaslıq şöbəsində böyük elmi işçi, institutun ədəbi əlaqələr şöbəsində aparıcı elmi işçi olmuş, eyni zamanda bölmə müdiri kimi çalışmışdır. "Nizami və gürcü ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

1988-ci ildə Ermənistanın Qarabağ torpaqlarına iddiası ilə əlaqədar başlayan Azərbaycan Xalq hərəkatının fəal iştirakçısı olmuş, AXC İdarə Heyətinin üzvü seçilmişdir.

Dilarə Əliyeva Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qurucularından və rəhbərlərindən biri olmuşdur. Hal-hazırda qadın hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai birlik və Bakıda bir küçə onun adını daşıyır.

1991-ci il aprelin 19-da (Aydın Məmmədov ilə) birgə müəmmalı avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.
Əsərləri

Azərbaycan-gürcü ədəbi əlaqələri tarixindən. Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1958, 174 səh.
Ürəkbir, diləkbir. Bakı: Yazıçı, 1981, 217 səh.

Tərcümələri
Gürcücədən

Qardaşlar (hekayələr). Bakı: Azərnəşr, 1972, 122 səh.
Bir gecənin sevinci (hekayələr). Bakı: Gənclik, 1977, 82 səh.
Arçil Sulakauri. Aşağı-yuxarı (povest və hekayələr). Bakı: 1978, 185 səh.
Şota Rustaveli. Pələng dərisi geymiş pəhləvan. Bakı: Elm, 1978, 201 səh.
Mixail Cavaxişvili. Torpaq çəkir. Bakı: Yazıçı, 1980, 248 səh. (şərikli).
İlya Çavçavadze. Dilənçinin hekayəti. Bakı: Yazıçı, 1987, 151 səh.
Kür Xəzərə qovuşur (gürcü ədəbiyyatından seçmələr). Bakı: Yazıçı, 1988, 383 səh. (şərikli).


Tarix: 06.07.2015 / 17:59 Müəllif: Feriska Baxılıb: 119 Bölmə: Azərbaycan coğrafiyası