beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseyn sultan Kəngərlinski

Həyatı

M.T.Sidqinin oğlu Məmmədəli Sidqinin xatirələri öz məzmun və mündəricəsi etibarilə digərlərindən fərqlənir. Xatirələrdə M.T.Sidqinin pedoqoji və maarifçilik fəaliyyətindən, «Əxtər» məktəbini, «Məktəbitərbiyə»ni açmasından, bununla əlaqədar qarşıya çıxan çətinliklərdən bəhs edilir. M.Ə.Sidqi yazır ki, «o zaman atamın çayçı dükanı Ordubad ziyalılarının yığıncaq yeri olur. Atamın təbi oldu¬ğuna görə, xüsusən Şərq ədəbiyyatına yaxşı bələd olduğuna görə haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami kimi şairlərin şeirləri oxunur və təhlil olunarmış. Eyni zamanda atam o zaman İrandan, Rusiyadan və Türkiyədən qəzetələr də alıb oxuyarmış. Məsələn, İrandan «Nasiri», Bağçasaraydan İsmayıl bəy Qaspirinskinin nəşr etdiyi «Tərcüman», İstanbulda çıxan «Əxtər» qəzetələrini alırmış. Bu qəzetələr çox vaxt atamın həmməsləkləri arasında gizlincə oxunarmış. «Tərcüman» qəzetəsinin atama böyük təsiri olmuşdur. Çünki o zaman «Tərcüman» qəzetəsinin müdiri Qaspirinski Rusiyada yaşayan müsəlmanlar üçün yeni üsulla məktəblər açılması yolunda uzun müddət mübarizə aparırmış... «Tərcüman» qəzetəsinin təsiri altında atam və ona bu yolda ən birinci və yaxından kömək edən Hüseyn sultan Kəngərlinski nəhayət Ordubadda yeni üsulla bir məktəb təşkil etmək fikrinə düşürlər»

Məmməd Səid Ordubadi yazır: "Üsuli-cədid" deyilən təzə üsullu məktəb açılmasına başlamışdı. Ordubad tərəqqipərvər ziyalıları, xüsusən varlılardan bəziləri Ordubadda bu məktəbin açılmasına çalışırdılar. İşin başında Hüseyn sultan Kəngərlinski idi. Dizə kəndi və Dəstə kəndinin çox hissəsi Hüseyn sultanın əlində idi. Bundan əlavə ticarət edər və pul müamiləyə verərdi. Hüseyn sultan ətrafına ziyalılardan və xırda varlılardan bir çoxunu toplamışdı".

Hüseyn sultan Kəngərlinski 1896-cı ildə vəba xəstəliyindən vəfat edib. Ordubad şəhərində dəfn edilib.


Tarix: 06.07.2015 / 15:32 Müəllif: Feriska Baxılıb: 95 Bölmə: Azərbaycan coğrafiyası