beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kərkicahanın işğalı

İşğalı
1989-cu ildən başlayaraq Xankəndidən azərbaycanlı əhalisi deportasiya olunur. Bir neçə min nəfər əhali isə işğal gününədək Kərkicahanda qalır və ermənilər tərəfindən zor tətbiqinə məruz qalır. Əhali gizlincə Malıbəyli tərəfdən Ağdama, Şuşaya və Bakıya gəlir. Ermənilərin başlarına gətirdiyi oyunları deyirdilər (əhali qazsız, susuz, işıqsız idi, digər ərazilərlə rabitə yox idi, köməklik etmirdilər). Həmin insanların bir çoxu erməni pusqusuna düşür və işgəncə ilə öldürülür.

Xankəndi vətəndaşı olan Leyla Məmmədova adlı bir şəxs deyib:

"1990-cı ildə mən kolxozda işləyirdim və Kətükdən Xankəndiyə gəlirdim. Yolum Quşçulardakı erməni pusqusundan keçirdi. Orada erməni əsgərləri bir qızın başını kəsmiş, digərini isə asmışdılar."[Mənbə göstərin]

1991-ci il dekabrın 29-u gecə saat 22:00. Ermənilər artıq öz mövqelərini tutur. Saat 23:30-da hücum əmri verilir və savaş başlayır. Əsas hücumlar Kərkicahan tərəfdən idi. Azərbaycanlıların Kərkicahandan çıxması üçün 3 yol var idi:

Kərkicahandan birbaşa Şuşaya.
Ərminavan ərazisi.
Bakı-Xankəndi-İrəvan magistral yolu.
Kərkicahan işğal olunmuşdu, hərbçilərin bir çoxu orada idi və keçmək mümkün olmadı. İşğalların bir çoxusunu həyata keçirən 366-cı moto-atıcı alay Kərkicahanla Xankəndinin arasında yerləşirdi. Ərminavandakı binalar isə partladılmış və bina yolun üstünə düşmüşdü. Yol bağlanmışdı. Təkcə yol Bakı-Xankəndi-İrəvan magistralı idi. Bəzi məlumatlara görə həmin magistral tərəfdən Ağdam və Xocalı əhalisi köməyə gəlirdilər. Şəhər işğal olunan zaman əsir düşən insanların gözləri, başları və digər yerləri kəsilir. Meyidlər yandırılır və ya itə yem edilir. İnsanların dərisi soyulur və s. Atışma səhərə qədər davam edir və erməni qüvvələri qalib gəlir. İşğal qurtardıqdan sonra isə şəhərin bir hissəsi və meşə əraziləri yandırılır. Şuşa elə bir yerdə idi ki, Xankəndi ovuc içi kimi görünürdü. Kərkicahan Xankəndiyə nisbətən, daha da yaxın idi və ermənilərin texnikası orada idi.

İşğalın nəticələri:

34 nəfər şəhid olur.
150 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar
İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.


Tarix: 27.01.2015 / 14:55 Müəllif: Feriska Baxılıb: 80 Bölmə: Azərbaycanın müharibələri‎