beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Habil Həsənov

Habil Həsənov - Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Habil Yunis oğlu Həsənov 16 mart 1974-cü ildə Laçın rayonunun Mişni kəndində anadan olub. 1991-ci ildə orta məktəbi doğma kəndində bitirib. Bir müddət sonra peşə təhsili almaq üçün Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində peşə məktəbinə daxil olub. Bakı Sement Zavodunda tokar şagirdi kimi çalışıb, 1993-cü ildə hərbi xidmətə çağırılıb.

Ürəyi arzularla dolu Habil silaha sarılaraq Vətənin müdafiəsinə qalxdı. Tale onun yolunu Füzuli və Cəbrayıl rayonlarından saldı. Bu zaman çox ağır döyüşlər gedirdi. Bu döyüşlərdə dəfələrlə iştirak edən Habil təmkini, yoldaşlıq münasibətlərinə hörmətlə yanaşması, koman¬dan-lığın əmrlərinə sözsüz əməl etməsi ilə, ümumiyyətlə, sakit təbiətli bir insan kimi zabitlərin və əsgərlərin dərin hör¬mətini qazandı. Ha¬bilə dərs dediyim vaxtlarda müəllimlərin və şagirdlərin hörmətini qazan¬dığı kimi.

Dəfələrlə ön cərgələrdə döyüşən Habil nə biləydi ki, ömrünün bahar çağı Cəbrayıl torpağında bitəcək. 1993-cü il avqustun 30-u idi. Düşmən havadarlarının köməyi ilə torpaqlarımızı işğal edərək Cəbrayıl rayonuna qədər gəlib çıxmışdı. Ağır artileriyanın atdığı mərmilər altında Habilin aid olduğu hərbi hissə gərgin döyüşlər aparırdı. Lakin Habil bu mərmi yağışı altında Vətənin müdafiəsində qəhrəman kimi durmuşdu. Neçə hədəfdən yayınan Habil onun ömrünə son qoyan bir mərminin hədəfindən yayına bilmədi. Mərmi onun üzərində partladı. Döyüşçülərimizin şahid olduqları o dəhşətli anları xatırlamaq onlar üçün indi də çox çətindir. Ən çətini isə o oldu ki, düşmən həmin əraziləri zəbt etdi. Döyüşçülərimiz geri çəkilməyə məcbur oldu. Habilin cismi və ruhu qarışıq o torpaqlar düşmən əlində qaldı. Daha bir nakam övlad gəncliyinin 19-cu baharında şəhidlik dünyasına qovuşdu. Ruhun şad olsun!

Mişni kənd tam orta məktəbinə Habil Həsənovun adı verilibdir.


Tarix: 26.01.2015 / 18:48 Müəllif: Feriska Baxılıb: 161 Bölmə: Azərbaycanın müharibələri‎