beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəqani Axundov

Həyatı
Axundov Xəqani Həsən oğlu 10 may 1950-ci il tarixdə anadan olmuşdur[1]. Uşaqlıq illərini ata yurdu Kürdhacı kəndində keçirdi, orada böyüyüb boya-başa çatdı. 1957-ci ilin payızında Kürdhacı kənd ümumtəhsil orta məktəbinin I sinfinə getdi.

1967-ci ilin yazında Laçın rayonunun Kürdhacı kənd orta ümumtəhsil məktəbinin X sinifini müvəffəq qiymətlərlə bitirən Xəqani Axundov həmin il imtahan verərək 21 avqust tarixdə müvəffəqiyyətlə Şuşa Kənd Təsərrüfatı Texnikumunun baytarlıq şöbəsinə daxil olur. Təhsilini burada uğurla başa vuraraq Şuşa Kənd Təsərüfatı Texnikumunun həmin şöbəsini bitirmişdi.

1970-ci ildə hərbi xidmətə yola düşdü və Moskva ətrafında hərbi xidmət borcunu yerinə yetirərək 1972-ci ildə dogma el-obasına, Laçına, Kürdhacı kəndinə qayıtdı. Kənddə "28 aprel kolxozu"nda ilk əmək fəaliyyətinə başladı.

Döyüşlərdə iştirakı
Qarabağ ərazisinin hər bənd-bərəsinə, cığırına ovcunun içi kimi bələd olan döyüşçü 15 sentyabr 1992-ci ildə N saylı hərbi hissənin kəşfiyyat bölüyündə hərbi xidmətə başladı. Hərbi xidmət göstərdiyi müddətdə özünü çox bacarıqlı, nizam-intizamlı, öz işinin bilicisi olan bir hərbiçi kimi tanıtmışdır.

Keçirilən bütün hərbi əməliyyatlar zamanı ön cərgədə olan Xəqani Axundova Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 31 dekabr 1992-ci il tarixli əmri ilə kizir rütbəsi verildi.

Ailəsi
Subay idi.


Tarix: 27.01.2015 / 14:51 Müəllif: Feriska Baxılıb: 90 Bölmə: Azərbaycanın müharibələri‎