Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nurəddin Süleymanov

Həyatı
Sülеymanоv Nurəddin Əmirхan оğlu 17 may 1974-cü ildə indiki Еrmənistan Rеspublikasının Vardеnis rayonunun Daşkənd kəndində anadan оlmuşdur.

1981-1988-ci illərdə Daşkənd orta məktəbində oxumuş 1988-ci ildə Göyçə mahalından məcburi köçkün olaraq Azərbaycana Bakı şəhərinə pənah gətirmişdir. 1988-ci ildən 1992-ci illərdə Bakı şəhəri Nəriman Nərimanov rayonunda orta məktəbi bitirmişdir.

25 avqust 1992-ci ildə Bakı şəhəri Nərimanov RHK-dan hərbi xidmətə çağırılmışdır.

08.1992-02.1993-cü illərdə Türkiyədə hərbi təlimdə olmuşdur. 701-ci hərbi hissənin avtomatçısı olmuşdur.

Sülеymanоv Nurəddin Əmirхan оğlu 4 aprel 1993-cü ildə Kəlbəcər rayonunun Murov dağı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur


Tarix: 27.01.2015 / 12:38 Müəllif: Feriska Baxılıb: 20 Bölmə: Azərbaycanın müharibələri‎
loading...