beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qasım Rzayev

Həyatı
5 may 1970-ci il Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşdur. 1987-ci ildə burada məktəbi bitirən Qasım sürücülük peşəsinə yiyələnir. 1988-ci il hərbi xidmətə çağırılır. Ukrayna Respublikasında artilleriya hissəsində xidmət edən qasım dəfələrlə mükafatlandırılmışdı. 1990-cı ildə xidmətini başa vuran Qasım Vətənə dönür. Könüllü özünümüdafiə batalyonlarından birinə yazılır,

Döyüşlərdə iştirakı
Beləliklə, həmin gündən Qasım Rzayevin döyüş yolu başlayır. Sonra Milli Ordunun ilk əsgəri kimi Muncuqlu, Ağdam, Hacallı kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdu. Qasım idarə etdiyi avtomobilə mərmiatan qurğu qoşaraq düşmənin başına od ələyirdi. Qasımın bu qəhramanlığı hamını heyrətləndirmişdi. 1992-ci il 11 fevral "Qan çanağı" deyilən ərazidən hücuma keçən erməni yaraqlıları bir dəstə döyşçü ilə rastlaşdılar bu Qasımın başçılıq etdiyi dəstə idi onlar işğalçıları məhv etməklə yanaşı ermənilərə məxsus bir PDM-ni də, alova bürüdülər. 14 may 1992-ci il erməni işğalçı dəstələri ağır texnikalarla Tovuz rayonunun sərhədyanı bölgələrinə hücum etmişdilər. Qasım qurğunu işə salaraq bir-birinin ardınca 20 raket atdı.

Bir müddət sonra ətrafa sakitlik çökdü. Erməni quldurları qəfil top atəşinə başladılar, mərmilərdən biri onun maşınının düz üstünə düşdü. Qasım ömrünün 22-ci baharında Vətənimiz uğrunda, torpaq uğrunda qəhrəmancasına həlak oldu.

Ailəsi
Evli idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rzayev Qasım Qara oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Tovuz rayonunun Əlibəyli kənd qəbristanlğında dəfn edilib.

Hacallı kənd orta məktəbi qəhrəmanımızın adını daşıyır.


Tarix: 27.01.2015 / 12:40 Müəllif: Feriska Baxılıb: 87 Bölmə: Azərbaycanın müharibələri‎