beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəxtiyar Kavanlı - Haqqında söylənilənlər

Haqqında söylənilənlər
Azərbaycan Respublikasının xalq yazıçısı Əlibala Hacızadə; "Bəxtiyar Kavanlının qələmə aldığı şeirlər dərin məzmunludur və düşündürücü poetik məqamlarla doludur. Müəllif uzun müddət arı şirə çəkən kimi təsvir etdiyi poetik anları elə bil rəssam fırçasıyla rəngləyib.

Bəxtiyar Kavanlının yaradıcılıq tendensiyası daha çox bizim min illik şeir, dastan yaradıcılığımızdan süzülüb gəlir. Onun şeirləri əsasən sənətkar qüdrətinin nəyə hesablandığını ifadə edir.

El obaya məhəbbət, Vətən həsrəti, yurd sevgisi Bəxtiyar Kavanlının şeirlərinin əsas qayəsini təşkil edir. Onun qələmə aldığı şeirlər oxunaqlığı ilə diqqəti cəlb edir.

Bəxtiyar Kavanlının Vətən həsrətli, yurd sevgili, qələbə ruhlu şeirlərini oxuyan hər bir kəs məftun olur. Şeirlərində daha çox klassikliyə üstünlük verən şairin dil üslubu sadə və çox rəvandır. Şair Bəxtiyar Kavanlı şeirlərinin mövzuları sadəcə ömür-gün sürdüyü həyatdan deyil, eləcə də ürəyinin yanğısından, qəlbinin göynərtisindən qaynaqlanmışdır.

Ailəsi
Bəxtiyar Kavanlı 1974-cü ilin avqust ayında Həsənova Məlahət Yusif qızı ilə ailə qurmuşdur. Bu evlilik zamanı 2 oğul, 2 qız övladı dünyaya gəlmişdir. Onun 5 oğlan, 2 qız nəvəsi var.


Tarix: 26.01.2015 / 18:20 Müəllif: Feriska Baxılıb: 72 Bölmə: Azərbaycanın müharibələri‎