beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zülfiqar Səfərəliyev

Həyatı və fəaliyyəti
Zülfiqar Teymur oğlu Səfərəliyev 1916-cı ildə Şuşa qəzası,Gələbədin kəndində anadan olmuşdur. O, pedaqoji təhsil almış, 1936-1941 illərdə Ağdamın Saybalı kənd orta məktəbində müəllim, direktor işləmişdir.

Zülfiqar Səfərəliyev II dünya müharibəsi illərində Zaqafqaziya hərbi dairəsində ,I,II və III Ukrayna cəbhələrində, Şimali Qafqaz Cəbhəsinin 486-cı alayının 320-ci atıcı diviziyasının tərkibində vuruşmuş, Qafqazdan Berlinədək döyüş yolu keçmişdir.

Zülfiqar Səfərəliyev cəbhədən qayıtdıqdan sonra 1946-1947 illərdə Qərvənd kənd orta məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. O, qiyabi yolla ali pedaqoji təhsil aldıqdan sonra 1 saylı orta məktəbin direktoru (1948-50), 5 saylı orta məktəbin riyaziyyat müəllimi və eyni vaxtda Ağdam Kənd Təsərrüfatını Mexanikləşdirmə və Elektrikləşdirmə Texnikumunun qiyabi şöbəsinin müdiri (1950-86) vəzifələrində işləmişdir.

Zülfiqar Səfərəliyev I dərəcəli Vətən Müharibəsi, 2 "Qırmızı ulduz" ordenləri, 8 medal və b. təltiflərlə, o cümlədən "Azərbaycan SSR-in maarif əlaçısı" fəxri adına layiq görülmüşdür.

Zülfiqar Səfərəliyev 13 iyun 1986-cı ildə Ağdamda vəfat etmiş, vəfatı ilə əlaqədar rayon qəzetində geniş nekroloq verilmişdir.


Tarix: 24.01.2015 / 16:44 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Azərbaycanın müharibələri‎