beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çörək muzeyi (Ağdam)

Çörək muzeyi — Ağdamda çörək və çörək məmulatları, əkinçilik alətləri, onların tarixi haqqında muzey. Ermənistanın Ağdamı işğalından öncə çörək muzeyində unikal eksponantlar - çörək və taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdı. Eksponantlar arasında daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, taxılçılığın, əkinçilik alətlərinin (oraq, xış, taxıl döyən vərdənə və s.) inkişafından bəhs edən müxtəlif materiallar var idi. Hal-hazırda muzey Ermənistan ordusu tərəfindən məhv edilmişdir. Tarixi
1983-cü ilin noyabrında yaradıdılıb.Bu muzey Sovet Sosialist Respublikaları arasında birinci,Dünyada isə ikinci muzeydir.Oradakı dəyirman "Od Dəyirmanı " adlanırdı.Orada fasad mozaika ilə bəzədilib,içəri girəndə isə qapı yay zalına açılır.Sola dönəndə isə sərgi salonuna açılır.Sərgi salonu iki mərtəbədən ibarətdir . Ortada isə kiçik fəvvarə var idi.


Tarix: 24.01.2015 / 16:56 Müəllif: Feriska Baxılıb: 74 Bölmə: Azərbaycanın müharibələri‎