beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çay evi (Ağdam)

"Çay evi" — Ağdamın simvolu olan çay evi.

XX əsrin 80-ci illərinin ortalarından başlayaraq SSRİ-də yeni siyasi, iqtisadi və ictimai mühit formalaşmağa başladı. Sərxoşluğu və alkoqolizmi aradan qaldırmaq haqqında keçmiş Sov.İKP MK-nın məlum qərarı Ağdamda yeni çay evinin yaranmasına təkan verdi. Ağdam çay evi Azərbaycan SSR KP MK-nın Ağdam Rayon Partiya Komitəsinin I katibi Sadıq Murtuzayevin zamanında akademik Xudu Məmmədovun ideyası əsasında XX əsrin 80-ci illərinin II yarısında inşa olunmuş və Ağdam camaatının istifadəsinə verilmişdir.

Ağdam çay evinin təntənəli açılış mərasimi 26 iyul 1986-cı ildə olub. Təntənəli açılış mərasimində Ağdam rayon rəhbərliyi ilə yanaşı, Azərbaycan SSR KP MK-nın Mədəniyyət şöbəsinin müdiri Vəfa Quluzadə də iştirak etmişdi[1]. "Çay evi"nin açılışı münasibətilə "Lenin yolu" qəzetinin 31 iyul 1986-cı il tarixli sayında dərc olunmuş yazıda deyilir:

"Sov.İKP-nin "Sərxoşluq və alkoqolizmi aradan qaldırmaq tədbirləri haqqında" məlum qərarından sonra rayonumuzda rəngarəng tədbirlər həyata keçirilməkdədir. Bu gün istifadəyə verilən "Çay evi"nin bu baxımdan son dərəcə böyük əhəmiyyəti var. Zəhmətkeşlərin asudə vaxtlarının səmərəli, şən və məzmunlu keçməsində "Çay evi"nin rolu əvəzsizdir"


Tarix: 24.01.2015 / 16:56 Müəllif: Feriska Baxılıb: 67 Bölmə: Azərbaycanın müharibələri‎