beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elşad Hüseynov - Döyüşlərdə iştirakı

Döyüşlərdə iştirakı
Elşad Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşdu. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı. 15 iyun 1992-ci il döyüşçülərimiz Fərrux kəndini düşməndən azad etməli idilər. Elşad döyüşün qızğın yerində idi, mövqeyini dəyişmək istəyərkən düşmən gülləsinə tuş gəldi. Cəsur polis işçisinin ömrü beləcə qırıldı. Beləliklə, 1992-ci il 15 iyunda Ağdam-Fərrux istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.

Ailəsi
Ailəli idi, üç övladı yadigar qalıb.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Elşad Eynulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Masallı rayonunun Xıl kəndində dəfn edilib.

Masallı rayonunda adına küçə var, büstü qoyulmuşdur.


Tarix: 24.01.2015 / 16:27 Müəllif: Feriska Baxılıb: 23 Bölmə: Azərbaycanın müharibələri‎