beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəmil Niftəliyev - Döyüşlərdə iştirakı

Vətənin dar günləri idi...Cəmil könüllü olaraq cəbhəyə göndərilməsini xahiş etdi və 10 mart 1992-ci il tarixdən onun döyüş yolu başladı. Cəmil peşəkar atıcı olduğu üçün erməni quldurlarını ağır itkilərə məruz qoyurdu. Ağdamda rəşadətlə vuruşan Vətən oğlu tezliklə cəbhədə hörmət qazanmışdı. 1992-ci il 29 mart Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.

Ailəsi
Subay idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Niftəliyev Cəmil Səmədxan oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Qaradağ rayonundakı 233 saylı məktəb və Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən gəmisi qəhrəmanımızın adını daşıyır.


Tarix: 24.01.2015 / 16:27 Müəllif: Feriska Baxılıb: 19 Bölmə: Azərbaycanın müharibələri‎