beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nurəddin Yolçuyev (şəhid)

Həyatı
Nurəddin Yolçuyev 1963-cü il iyulun 29-da Quzanlı kəndində anadan olub.

1980-ci ildə orta məktəbi bitirib, bir il kolxozda çalışıb.

Nurəddin ikiillikhərbi xidmətini Almaniyada başa vurub. Əsgərlikdə olduğu müddətdətdə vaxtaşırı Əfqanıstana da ezam edilirmiş.

Əsgərlik müddəti sona çatdığı zaman hissənin komandanlığı ona hərbi məktəbə getməyi təklif edir ,ancaq ailəsi razı olmadığina görə Nurəddin doğulduğu kəndə qayıdaraq kolxozda işini davam etdirir.1985-ci ildə həm işləmək ,həmdə təhsil almaq üçün komsomol putyovkası ilə Rusiyanın Arxangelski vilayətinə gedir.Orada zavodda işə düzəlir, bir neçə ildən sonra, yəni 1990-ci ildə instituta (qiyabi) daxil olur.

Xocalı hadisəsindən bir neçə gün sonra,yəni 1992-ci ilin mart ayında Nurəddininin də iştirakı və təşəbbüsü ilə Arxangelskidə yaşayan bir qrup azərbaycanlı və çeçen işləri, təhsillərini atıb Azərbaycana, birbaşa Ağdama hərbi komissarlığına gəlib milli orduya götürülməyi tələb edirlər.Ancaq o zaman hərbi komisarlıqda könüllülər qəbul edilmədiyinə görə onlar Milli Qəhrəman Fred Asifin başçılıq etdiyi dəstəyə qoşulurlar. Mayın 1-nə qədər bu dəstədə döyüşdükdən sonra Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərlik etdiyi bataliyona qoşulurlar.Bundan sonra Nurəddinin fəaliyyəti dahada güclənir,onun öz bacarığından ıstifadə etmək imkanları daha da genişlənir.Naxçıvanik,Aranzəmin,Ağbulaq kəndlərinin ermənilərdən təmizlənməsində fəal iştirak edir,igidliyinə görə dəfələrlə mükafatlandırılıb,bölük komandirinin müavini vəzifəsinə təyin olunur.Nurəddin 50 -dən çox erməni quldurunu və düşmənin bir neçə zirehli texnikasını məhv edib xeyli silah, sursat ələ keçirib.Şahidlərin sonralar dediyinə görə ,Pircamal uğrunda gedən döyüşlər zamanı ermənilərin bir zirehli döyüş maşınını düşmən qərərgahının bir neçə addımlığından qənimət götürüb.

1992-ci ilin yayında keçirilən Sırxavənd- Kiçan əməliyyatı zamanı Nurəddinin xidmət etdiyi alay böyük hünər göstərir. Nurəddin Ağdərə bölgəsinin bütün qaynar nöqtələrində döyüşüb. Çox sücaətlər göstərib,ordumuzun bölmələrini ağır vəziyyətdən dəfələrlə qurtarıb.1992-ci il iyunun22-də Qazançı uğrunda gedən döyüşdə o, yenə də ön cərgələrdə olub, bir neçə əsgərimizi düşmənin əsirliyindən xilas edib. Elə həmin il oktyabrın 20-də Ağdamın Əliağalı kəndi istiqamətində postdan növbəti dəfə kəşfiyyata gedən 29 yaşlı Nurəddin minaya düşərək həlak oldu. Quzanlı qəbrstanlığında dəfn olunub.


Tarix: 23.01.2015 / 17:51 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: Azərbaycanın müharibələri‎