beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Stanislav Çekan

Stanislav Yulianoviç Çekan (rus. Станислав Юлианович Чекан) — rus teatr və kino aktyoru.

Həyatı

Stanislav Çekan 1922-ci ildə anadan olmuşdur. 1938-1941-ci illərdə Yuri Zavadskinin teatr məktəbində oxumuşdur.

1941-1945-ci illərdə cəbhə teatrlarının aktyoru kimi çalışmışdır. 1945-ci ildə Stanislav Çekan Sovet ordusunun Odessa teatrının aktyoru olur. Daha sonra 1948-1956-cı illərdə Sovet Ordusunun Moskvada yerləşən Mərkəzi Akademik teatrında, 1958-1993-cü illərdə isə Kinoaktyor teatr-studiyasında işləmişdir.

Stanislav Çekan koloritli xarakterik, eləcə də komik obrazların mahir ifaçılarından biridir. Onun oğlu Sergey Çekan filmlərin dublyajı sahəsində çalışmışdır.

Stanislav Yulianoviç Çekan 1994-cü ildə vəfat etmişdir.

Filmoqrafiya
Brilyant əl (film, 1968)
Peterburqdan anonim adam (film, 1977)


Tarix: 07.02.2013 / 20:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 147 Bölmə: Aktyorlar