Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ələkbər Hüseynov

Ələkbər Adıgözəl oğlu Hüseynov — Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2006), "Humay" və "Qızıl Dərviş" mükafatları laureatı. Uşaqların sevimlisi "Ələkbər əmi" kimi tanınan aktyor uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olub.Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Mükafatları
4 Mənbə
5 Filmoqrafiya
6 Həmçinin bax


Həyatı

Ələkbər Adıgözəl oğlu Hüseynov 1961-ci ildə Bakıda anadan olub. Ə. Hüseynov 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində təhsil almışdır.

Yaradıcılığı

Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, o, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayır. Teatrın səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" əsərində Qurban, H.X. Andersenin "Bülbül" nağılında Nağılçı və Çin imperatoru, N. Bədəlovun "Qara rəngin nağılı"nda Aydın, R. Əlizadənin "Tıq-tıq xanım"ında dirijor, Qoca və Müğənni, A. Ostrovskinin "Qar qız"da Lel, R. Əlizadənin "Keçəlin toyu"nda Keçəl rollarını oynamışdır.

Ə. Hüseynovun səhnələşdirdiyi "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini Azərbaycan Dövlət Kukla Teatrının rus bölməsində özü də tamaşaya hazırlamışdır. Aktyor "Keçəlin toyu" tamaşasındakı Keçəl rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olmuşdur.

2006-cı ildə Ələkbər Hüseynov Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunmuşdur.

Mükafatları

2000-ci ildə Ə. Hüseynov Əməkdar Artist fəxri adına layiq görülmüşdür. Ə.Hüseynov bir sıra digər festivalların da iştirakçısı və mükafatçısıdır. Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatları laureatıdır. Beynəlxalq Festivallarda iştirak edib. Polşanın "Təbəssüm Ordeni" mükafatına (2007) layiq görülmüşdür.

Ələkbər Hüseynov 2 avqust 2007-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.
Aparıcı Şərqiyyə Hüseynovanın xalası oğludur.

Mənbə
Ələkbər Hüseynovun bioqrafiyası www.adam.az

Filmoqrafiya
Bala-başa bəla! (film, 1995)
Bir anın həqiqəti (film, 2003)
Etiraf (film, 1992)
Təsadüfi görüş (film, 1999)
Yaşıl eynəkli adam (film, 1987)
Yaşıl eynəkli adam-2 (film, 1999)
Yaşıl eynəkli adam-3 (film, 2002)


Tarix: 06.02.2013 / 20:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 285 Bölmə: Aktyorlar
loading...