beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Leonard Uaytinq

Leonard Con Uaytinq (ing. Leonard John Whiting) — Böyük Britaniya aktyoru.

Həyatı

Leonard Uaytinq 30 iyun 1950-ci ildə Londonun İslinqton rayonunda anadan olmuşdur. O, Artur Leonard Uaytinq və Marqaret (Peqqi) Coys Uaytinqin (Sallivan) ailəsində doğulmuşdu. Beləcə Leonardın əsli həm ingilis, həm irland və müəyyən qədər də qaraçı sayılırdı.

Londonun Kamden rayonunda yerləşən "St.Richard of Chichester" kollecində təhsil almış və "Romeo və Cülyetta" filminə dəvəti ilə bağlı həmin kolleci iki həftəyə bitirmişdir.

Leonard öz karyerasını hələ 11 yaşında müğənni kimi başlamışdı. Leonardın xüsusi səs imkanları onu Londonun şimalında yerləşən katolik kilsəsinin xoruna gətirib çıxarır. O, həmin xorda uşaqlar arasında ilk soprano səsə malik şəxs idi. 13 yaşında isə ona teatrda gedən "Oliver!" müziklində rol almaq nəsib olur.

Onun çəkildiyi birinci film "Dik Törpin haqqında əfsanə" (1965) olur. Elə həmin ildə Leonard Milli teatrın truppasına dəvət alır. O, Lourens Olivyenin çəkildiyi "Məhəbbət üçün məhəbbət" filmində mahnı ifa edir.

1967-1968-ci illərdə rejissor Franko Zeffirelli 3 aylıq seçimlərdən sonra Romeo roluna olan 300 namizədin arasından məhz Leonard Uaytinqi seçir. Britaniyalı aktyorun ifasındakı Romeo obrazı dünya tamaşaçılarə tərəfindən yüksək səviyyədə qarşılanır. Bu rola görə aktyor 1969-cu ildə "Qızıl qlobus" nominasiyasında "İlin yeni ulduzu – aktyor" mükafatını alır.

1960-cı illərin sonu, 1970-ci illərin əvvəllərində Leonard daha 7 filmdə çəkilməyə nail olur.

Filmoqrafiya
Dik Törpin haqqında əfsanə (1965)
Romeo və Cülyetta (film, 1968)
Cakomo Kazanovanın uşaqlığı və ilk təcrübəsi (1969)
Dünənki günə Salam de (1970)
Frankenşteyn: doğru əhvalat (1973)
Reyçelin kişisi (1975)
Xəyal daşı (1990)


Tarix: 07.02.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 212 Bölmə: Aktyorlar