beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Novruz Cəfərov

Novruz Adil oğlu Cəfərov (d.13 mart 1953) - Aktyor

Həyatı

Novruz Adil oğlu Cəfərov 13 mart 1953-cü ildə Şəmkir rayonu Könüllü kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitunun "Dram və kino" aktyoru kursunu bitirib.

1975-1997 ci illərdə Şəki Dövlət Dram teatrında aktyor işləyib.1997-ci ildən Gəncə Dövlət Dram teatrında və eyni zamanda Gəncə Dövlət Nizami Poeziya teatrında aktyor kimi fəaliyyətə başlamışdır.

Aktyor işlədiyi 31 il ərzində - 120 dən çox rollar oynamışdır. Bunlardan - " Nişanlı qız" tamaşasında Qasım, "Toy" tamaşasında Kərəmov, "İblis"-Arif, "Təhminə və Zaur"-Zaur, və s. N.Cəfərov T.Tağızadənin çəkdiyi "Ölülər", R. Həsənoğlunun "Leyli və Məcnun", R.Almuradlının "Yük", "Cavad xan" kinofilmlərdə çəkilmişdir. Aktyor dramaturq kimi də fəaliyyət göstərmiş, bir çox əsərləri teatrlarda tamaşaya qoyulmuşdur.

Gəncə Dövlət Nizami Poeziya teatrında quruluş verdiyi tamaşalar:

N.Gəncəvi "Şair və Hökmdar", F.Mustafa "Tıxac", A.S.Puşkin "Qaraçılar" Oynadığı rollar: "Məhəbbət əfsanəsi"–Vəzir, "Gül və zəhər"-Loğman, "Xeyir və Şər" da-Xeyir və s. Ailəlidir. İki övladı var.

Filmoqrafiya
O dünyadan salam (film, 1992)
Yük (film, 1995)
Leyli və Məcnun (film, 1996)
Koroğlu (film, 2003)
Cavad xan (film, 2009)


Tarix: 03.02.2013 / 17:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 359 Bölmə: Aktyorlar