beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ələsgər Məmmədoğlu

Ələsgər Məmmədoğlu— Aktyor. Film səsləndirən. Arxiv kadrlarda iştirak edənMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Əsgər Məmmədoğlu (09.02.1946) 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub.

1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirb. 1977-cü ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində aşağıdakı rolları oynayıb:
Ələmdar ("Mirzə Şəfi" N.Xəzri),
Qazı ("Sizi deyb gəlmişəm" Anar),
Səfər ("Əliqulu evlənir" S.Rəhman),
Cəllad ("Maqbet" V.Şekspir),
Musa ("Bizim qəribə taleyimiz" İ.Əfəndiyev),
Əcəm ("Qanlı Nigar" S.Şendil),
Siyasi icmalçı ("Mənim sevimli dəlim" Elçin),
Gözətçi ("Özümüzü kəsən qılınc" B.Vahabzadə),
Qaraşoka ("Sokratı anma gecəsi" Ç.Aytmatov),
Səlim ("Aydın" C.Cabbarlı),
Qasıməli ("Bu dünyanın adamları" Hidayət),
Şou Zəli ("Hələ Sevirəm deməmişdilər" Ramiz Novruz),
Məzarçı ("Hamlet" V.Şekspir),
Zahir bəy ("Xurşidbanu Natəvan" İ.Əfəndiyev),
Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev),
Dilənçi ("Varlı qadın" Ə.Əmirli),
Kürən ("Xəcalət") H.Mirələmov).

Əsgər Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam"V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi"K.Haldoni), Dəmir -qaya "Topal Teymur" H.Cavid), Narsatan ("Qatarda" İ.Məlikzadə), Gümrah ("Alov" M.Hüseyn) kimi obrazlar yaratmışdır. "Mozalan" satirik kino- jurnalının 20 -yə yaxın sujetinə çəkilən Əsgər Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları"(Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran -43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır,

2002-ci ildə Əsgər Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya
100 (film, 1985)(qısametrajlı bədii film-Mozalan № 100)
777 №-li iş (film, 1992)(tammetrajlı bədii film)
Alma almaya bənzər (film, 1975)
Axtaran tapar (film, 1980)
Bəyin oğurlanması (film, 1986)
Bir dəfə Qafqazda (film, 2007)
Bir nömrəli... (film, 1980)
Canavar balası (film, 1997)
Evləri göydələn yar (film, 2010)
Evləri köndələn yar (film, 1982)
Güllələnmə təxirə salınır!... (film, 2003)
Xoşbəxtlik qayğıları (film, 1976)
Kişiləri qoruyun (film, 2006)
"Qayınana" əməliyyatı (film, 1999)
Qarət (film, 1990)
Qatarda (film, 1981)
Qəm pəncərəsi (film, 1986)
Qərib cinlər diyarında (film, 1977)
Qəribə adam (film, 1979)
Qızıl uçurum (film, 1980)
Mehmanxana sahibəsi (film, 1978)
Məhəllə (film, 2003)
Məşədi İbad-94 (film, 2005)
Milçək (film, 2006)
Min birinci söz (film, 1997)
Musiqili xaş (film, 1984)
Ömrün səhifələri (film, 1974)
Poliqlotlar (film, 1974)
Sarıköynəklə Valehin Nağılı (film)
Şir evdən getdi (film, 1977)
Tehran-43 (1981)
Topal Teymur (film, 1983)
Toy (film, 2005)
Üzeyir ömrü (film, 1981)
Vərdiş (film, 1988)
Yaramaz (film, 1988)
Yaşıl eynəkli adam (film, 1987)
Yaşıl eynəkli adam-2 (film, 1999)
Yol əhvalatı (film, 1980)


Tarix: 06.02.2013 / 20:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 368 Bölmə: Aktyorlar