beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nadir Xasıyev

Xasıyev Nadir Şənbə oğlu - aktyor.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Nadir Xasıyev 1961-ci ildə 24 dekabr tarixinde Ağsu rayonun Bico kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə İncəsənət İnstitutunun musiqi komediya aktyoru fakültəsini, 1998-ci ildə isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal şöbəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işlədikdən sonra 1993-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunub. Sumqayıt teatrında səhnə sənətinin sirlərinə vaqif olan, bir sıra maraqlı obrazları ilə özünə tamaşaçı rəğbəti qazanan N.Xasıyev, işgüzarlığı, gərgin əməyi, məlahətli səsi sayəsində musiqili komediya janrının tələblərinə tez alışmış, tearda aparıcı aktyorlar sırasına yüksəlmişdir. N.Xasıyevin "Subaylarınızdan görəsiniz"də Fəqan, "Qızıl toy"da Azər, "50 yaşında cavan"da Qulu, "O olmasın, bu olsun"da Sərvər, "Nəğməli Könül"də Ramazan, "Hərənin öz ulduzu"nda Əlibala, "Səhnədə məhəbbət"də Rüstəm, "Hələlik"də Mürsəl və başqa surətlər özlərinin orijinallığı, məharətli ifası ilə fərqlənir.

1997-ci ildə "Aparıcı səhnə ustası" kateqoriyasına layiq görülüb.

Filmoqrafiya
Mənim ağ şəhərim (film, 1994)


Tarix: 03.02.2013 / 17:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 262 Bölmə: Aktyorlar