beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yusif Şeyxov

Şeyxov Yusif – ssenari müəllifi.

Həyatı

Yusif Şeyxov 1951-ci il fevralın 2-də Bakıda anadan olub. Burada 23 saylı orta məktəbi bitirib. İki il (1969-70) Neft-Kimya İnstitutunda, 1970-75-ci llərdə İncəsənət İnstitutunun rejissorluq fakultəsində təhsil alıb. Sonradan "Azərbaycanfilm" kinostudiyasında, 1979-85-ci illərdə Dövlət Kinematoqrafiya Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 1985-89-cu ilərdə "Azərkinoprokat" idarəsinin müdiri işləyib. 1990-2001-ci illərdə "Azərkinovideo" birliyində baş direktor müavini vəzifəsində çalışıb. Kinoya bağlılıq uşaqlıq yaşlarından – "Sehrli xalat" filmində baş rollardan birinə çəkildikdən sonra yaranıb. Bir necə sənədli ("Qobustan", "Portret. Tokay Məmmədov", "Dua" və b.) , cizgi ("Qızıl", "İt sərgisi") fiminin, eləcə də "Arxada qalmış gələcək" bədii filmin ssenari müəllifidir. "Mozalan" kinojurnalı üçün süjetlər yazıb: "Tövbə", "Halal" və s.

Filmoqrafiya
Sehrli xalat (film, 1964)
Dantenin yubileyi (film, 1978)
Yarımçıq qalmış mahnı (film, 1979)
Ovsunçu (film, 2003)
Arxada qalmış gələcək (film, 2005)
Cavid ömrü (film, 2007)
Nizami (2012)


Tarix: 05.02.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 197 Bölmə: Aktyorlar