Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ülvi Mehdi

Kinotənqidçi. Aktyor.

Həyatı

1973-cü il mart ayının 25-də Bakıda, Azərbaycanın görkəmli incəsənət xadimləri - SSRİ xalq artistləri və Dövlət Mükafatı Laureatları Şəfiqə Məmmədova və Mehdi Məmmədovun ailəsində anadan olmuşdur. Onun yaradıcı və çox dərin biliyə malik olan təbiəti məhz bu ailədə formalaşıb.

O, ilk və orta təhsilini Bakının 16 nömrəli məktəbində almışdır. Ali təhsilinə gəlincə isə o Azərbaycan Dövlət İncəsənət İnstitunda başlamış, sonra Sankt Peterburq şəhərində ali kinoşünaslıq kursları ilə başa vurmuşdur.

1996-ci ildə Sankt Peterburq şəhərində ailə həyatı qurmuş, 2000-ci ildə isə boşanmışdır. Bu evlilikdən 1 qız övladı vardır.

Ülvi Mehdi 1991-ci ildə özünün ilk rejissorluq təcrübəsinə Vaqif Mustafayevlə onun "Nakəs" filmində assistent kimi başlayıb, daha sonra "Fəryad" filmində də öz peşəkarlığını göstərmişdir.

Filmoqrafiya
Nakəs (film, 1991)
Fəryad (film, 1993)
İnterpapa (film, 2006)


Tarix: 05.02.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 192 Bölmə: Aktyorlar
loading...