Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kazım Həsənquliyev

AktyorMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Həsənquliyev Kazım Feyruz oğlu (04.03.1955) 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olunub. Bacarıq və qabilliyəti diqqəti cəlb edən aktyor tələbəlik illərində "Mənim ağ şəhərim" (Rövşən) filminə çəkilib. Ə.Hacızadənin "İtgin gəlin" (Yusif), O.Kamalın "Yad qızı" (Haldun) və İ.Əfəndiyevin "Qaçaq Süleyman" (Qaçaq Rəşid) silsilə televiziya tamaşalarında oynayıb.

1994-cü ildən Akademik Milli Dram Teatrının kollektivinə qəbul edilib. Teatrda işlədiyi illər ərzində o, həm klassik, həm də çağdaş Milli və əcnəbi dramaturqların pyeslərinin tamaşalarında dram obrazlarına səhnə həyatı verib. İlk səhnə surəti Elcan (N.Hacızadə "Məhəbbət yaşadır") olub.

Kazım Həsənquliyevin Akademik Milli Dram Teatrında ifa etdiyi rolların siyahısı belə sıralanır:
Elcan ("Məhəbbət yaşadır", N.Hacızadə),
Erməni əsgəri ("Ana intiqamı", V.Babanlı),
Fərid ("Ağqoyunlular və Qaraqoyunlular", Ə.Əmirli),
Rövşən ("Qisas qiyamətə qalmaz", N.Hacızadə),
Əbülfət xan ("Hökmdar və qızı" İ.Əfəndiyev),
Arslan ("Özümüzü kəsən qılınc", B.Vahabzadə),
Kafir ("Burla xatun", N.Xəzri),
Rövşən ("Dəlilər və ağıllılar", İ.Əfəndiyev),
Nökər ("Kral Lir", V.Şekspir),
Altay ("Dar ağacı", B.Vahabzadə),
Oğlan ("Hərdən mənə mələk də deyirlər", K.Abdulla),
Voltimand ("Hamlet", V.Şekspir),
Oktav ("Skapenin kələkləri", J.B.Molyer),
Dadaşzadə ("Bu dünyanın adamları", Hidayət),
Məhəmmədtağı ("Mesenat", Ə.Əmirli).

Kazım Həsənquliyev B.Vahabzadənin "Yağışdan sonra" (Rüstəm), A.Rəhimovun "Canavar balası" (Rövşən) televiziya tamaşalarında iştirak edib. "Həqiqət anı" (Nizami Şahmuradov), "Sifarişçi" (Killer) filmlərinə çəkilib.

Kazım Həsənquliyev 15 may 2006-cı ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülüb.

Filmoqrafiya
Bir anın həqiqəti (film, 2003)
Canavar balası (film, 1997)
İtkin gəlin (film, 1994)
Mənim ağ şəhərim (film, 1994)
Sifarişçi (film, 2000)
Ümid (film, 1995)
Yad qızı (film, 1990)
Yağışdan sonra (film, 1998)
Yük (film, 1995)


Tarix: 02.02.2013 / 14:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 395 Bölmə: Aktyorlar
loading...