beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mehman Şükürov

Həyatı

Şükürov Mehman Şakir oğlu (04.09.1965) 1987-ci ildə o, M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Mədəni-maarif" fakültəsinə qəbul olunmuşdur.

Gənc yaşlarından kimyaçıların S.Vurğun adına Mədəniyyət Sarayı Xalq Teatrının həvəskar aktyoru olmuş, sonralar isə həmin teatrın rejissoru vəzifəsində çalışmışdır.

1993-1997-ci illərdə M.Şükürov S.Vurğun adına Mədəniyyət Sarayının direktoru işləmişdir. 1997-ci ildən bu günədək o, H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru vəzifəsində çalışır. Bu müddət ərzində teatr kollektivi Gürcüstanın Rustavi şəhərində keçirilən Beynəlxalq "Qızıl maska" teatr festivalında uğurla çıxış etmişdir. Teatr kollektivi respublikamızda keçirilən bütün teatr, həmçinin mono-tamaşalar festivallarının daimi iştirakçısıdır.

Mədəniyyət sahəsində çalışdığı illərdə M. Şükürov özünü bacarıqlı təşkilatçı kimi göstərə bilmişdir.


Tarix: 02.02.2013 / 14:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 161 Bölmə: Aktyorlar