Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fuad Osmanov

Aktyor. Rejissor assistenti. Arxiv kadrlar.

Həyatı

Ə.Rəhimov 1990-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1990-ci ildən S.Vurğun ad. Rus Dram teatrın aktyorudur. Bu illər ərzində teatr səhnəsində 40-dan çox rol oynamışdır. Onun yaratdığı Fedya (E.Radzinski "Priyatnaya cenşina"), Xan (M.F.Axundov "Lənkəran xanlığın vəziri"), Sokrat (M.Şaxanov "Çinqizxanın sirri"), Kromvel (Q.Qorin "Kral oyunları"), Xəlil (Elçin "Poçt şöbəsindəki möcüzələr"), Ser Tobi Belç (U.Şekspir "12-ci gecə"), Vasiliy (A.Qalin "Konkurs"), Dallas (M.Freyn "Teatr"), Filipp Debni (X.Berqer "Daha bir Djekson"), Edqar (U.Şekspir "Kral Lir") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya
Bəyaz həyat (film, 2003)
Bir dəfə Qafqazda (film, 2007)
Dayanacaq (film, 2009)
Hökmdarın taleyi (film, 2008)
İstanbul tətili (film, 2007)
Qafqaz (film, 2007)
Nigarançılıq (film, 1998)
Səhər (veriliş, 1995)
Yoxlama (film, 2006)


Tarix: 01.02.2013 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 301 Bölmə: Aktyorlar
loading...