beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elxan Əhədzadə

Elxan Yahya oğlu Əhədzadə — müğənni, aktyor.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Əhədzadə Elxan Yahya oğlu – 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. İlk sənət təhsilini 1967-ci ildə açılan C.Cabbarlı adına kinostudiyanın "kino aktyoru" kursunda Adil İskəndərovun sinifində almışdır. 1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyətə başlamış və bir çox tamaşalarda çıxış etmişdir. R.İbrahimbəyovun "Kto pridyot v polnoç" əsərində Makedon, "Solovyinnaya noç"da serjant Atayev və s. kimi rollar yaratmışdır. 1972-1977-ci illərdə İncəsənət İnstitutunun "Musiqili Komediya aktyoru" fakultəsini bitirib və həmin ildən də Azərbaycan Dövlət Musiqili Komediya teatrında aktyor kimi çalışmışdır. Bu müddət ərzində R.Hacıyevin "Mama, ya jenyus" "Kavkazskaya plemyanitsa" və "Çelovek iz Lamançi" əsərlərində baş rolları ifa etmişdir. Sonralar bir müddət Rəşid Behbudovun "Mahnı Teatr"ında fəaliyyət göstərmişdir. Həmçinin bu müddət ərzində o kinostudiyada "Çətrimiz buludlardır" və "Üzü küləyə" filmlərində baş rollara çəkilmişdir. O, Opera Teatrının səhnəsində də bir çox yadda qalan obrazlar yaradıb. Ü.Hacıbəyovun "Leyli və Məcnun" əsərində Nofəl, C.Bizenin "Karmen" operasında Eskamin, R.Mustafayevin "Vaqif" operasında Şah Qacar, S.Ələsgərovun "Solğun çiçəklər"də Bəhram, C.Verdinin "Riqoletto" operasında Riqoletto, C.Rossininin "Sevilya bərbərin"də Fiqaro və s. kimi rollarda oynamışdır.

Hal hazırda o Musiqili Komediya teatrında bir çox yaddaqalan obrazlar yaradır. İ.Kalmanın "Nümunəvi qaraçı" operettasında Pali Rac, F.Leqarın "Şən dul qadın" operettasında Danil, S.Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət" operettasında Rüstəm, Q.Qarayevin "Çılğın Qaskoniyalı" əsərində Sirano və s. kimi rolları yüksək sənətkarlıqla ifa edir.

E.Əhədzadə bütün Respublika əhəmiyyətli dövlət tədbirlərində yaxından iştirak edir. Professional aktyor və peşakar müğənni kimi popularlaşan bu sənətçi bütün kollektivin üzvlərinin və geniş tamaşaçı kütləsinin rəğbət və məhəbbətini qazanmışdır.

O, 2006-cı ildə Respublikanın Xalq Artisti fəxri adına layiq görülüb.

E.Əhədzadə 8 oktyabr 2010-cu il tarixində Bakı səhərində vəfat etmişdir.

Filmoqrafiya
Babək (film, 1979)
Bəylik dərsi (film, 2007)
Çətirimiz buludlardır (film, 1976)
Dədə Qorqud (film, 1975)
Həyat bizi sınayır (film, 1972)
Ordan-burdan (film, 1987)
Üzü küləyə (film, 1977)


Tarix: 01.02.2013 / 19:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 294 Bölmə: Aktyorlar