Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FəlsəfəKəmiyyətin keyfiyyətə keçməsi qanunu

Təbiətdə və cəmiyyətdə, hadisə və proseslərdə kəmiyyətin keyfiyyətə keçməsini şərh etməzdən əvvəl, kəmiyyət və keyfiyyət anlayışlarını təhlil etmək lazımdır. Müəyyən bir hadisənin xüsusiy­yətini təşkil edən və onu başqa hadisələrdən fərqləndirən mühüm cəhətlər və ya əlamətlər məcmusuna şeyin və ya hadisənin keyfiyyəti deyilir. Kəmiyyət anlayışı da hər bir şeyin, hadisənin və ya prosesin mühüm cəhətlərindən birini əks etdirən ən ümumi kateqoriyadır. Kəmiyyət də şeyin müəyyənliyi kimi çıxış edir, lakin keyfiyyətdən fərqli olaraq, kəmiyyət şeyi onun xassələrinin inkişaf dərəcəsi cəhətdən: böyüklüyü, həcmi, miqdarı, hərəkətinin surəti, rənginin intensivliyi və s. cəhətdən göstərir. Keyfiyyət haqqında gündəlik adi təsəvvür hadisəyə verilən qiymətlə bağlıdır. Keyfiyyətin fəlsəfi anlamında Ardı »

Fəlsəfəİnkişaf anlayışı. Konsepsiyalar

İnkişaf dialektikanın öyrənilməsinin əsas predmetidir. Əslində dialektika təbiət, cəmiyyət, təfəkkürün ümumi inkişaf qanunları haqqında elm kimi çıxış edir. İnkişafa istiqamət götürmək dialektikanın kriteriyasına xidmət edir. İnkişaf qanunlarının dərk edilməsi inkişaf proseslərini idarə etməyə, bəşəri sivilizasiyanın obyektiv qanunları və tələblərinə müvafiq olaraq dünyanı dəyişdirməyə imkan verir.
Şübhəsiz, inkişaf anlayışının özünün tərifi mühüm əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, inkişaf ümumiyyətlə, «hər şeyin», «bütün materiyanın» inkişafı deyildir. İnkişaf ancaq konkret maddi və mənəvi sistemlərə əlaqədardır. İnkişaf edən sistem ayrıca orqanizm ola bilər. Günəş sistemi, cəmiyyət, nəzəriyyə və s. və i.a. bu qəbildəndir. Konkret sistemdən kənarda heç bir inkişaf yoxdur. Materiyanın Ardı »

FəlsəfəOrta əsr Şərq fəlsəfəsi

Fəlsəfi fikir orta əsrlərdə Şərq ölkələrində də geniş surətdə inkişaf etmişdir. Bizansda görkəmli filosof İoann Damaskin fəlsəfənin 6 mühüm tərifini vermişdir:
1) fəlsəfə varlığın təbiəti haqqında bilikdir;
2) fəlsəfə ilahi və bəşəri işlər, yəni bütün gözə görünən və görünməyənlər haqqında bilikdir;
3) fəlsəfə ölümdə məşqlərdən ibarətdir;
4) fəlsəfə Allaha oxşamaqdan ibarətdir;
5) fəlsəfə bütün elm və incəsənətin başlanğıcıdır;
6) fəlsəfə hikmətsevərlikdən ibarətdir.
Həqiqi hikmət isə Allaha məhəbbət olduğundan, məhz o, əsil fəlsəfədən ibarətdir.
Şərq fəlsəfəsində geniş şöhrət tapmış mütəfəkkirlərdən Əl-Fərabini, İbn-Sinanı, İbn-Röşdünü xüsusilə qey etmək olar.
Əl-Fərabini ikinci Aristotel adlandırırdılar. O, idrak nəzəriyyəsi məsələlərindən danışarkən elmi ən böyük idrak vasitəsi adlandırmışdır. Onun fikrincə, elmlər nəzəri Ardı »

FəlsəfəFreydizm haqda bir neçə söz

Milliyətcə yəhudi olan Sigmund Freyd ( Ziqmund Freyd 1856-1939 ) Avstriyalıdır. Vyana Universitetindən tibb üzrə məzun olmuşdur. Və elə orada da uzun bir sürə həkimlik edərək sinir xəstəlikləri, dəliliklə maraqlanmağa başlamışdır.

Fəlsəfə və psixologiyada insan psixikası haqqında söylədiyi fikirlər və ortaya atdığı psixoanaliz metodu ilə adını elm tarixinə yazdıra bilmişdır.
Məsələn o, psixoanaliz metodu ilə nevroz kimi əsəb xəstəliklərinin səbəblərini axtarmağa çalışırdı. Freyd belə hesab edirdi ki, bu kimi xəstəlikərin səbəbi insan psixikasının dərin qatlarında yatır. Keçmişdə, xüsusən də uşaqlıqda ödənilməmiş qayğıları, istəkləri, narahatlıqları o, sonradan ortaya çıxan əsəb xəstəliklərinin səbəbi adlandırırdı. O, xəstələrini qəbul edərkən xüsusi metodu üzrə hərəkət edirdi. Bu metoda Ardı »

FəlsəfəMəkan və zaman – materiyanın bir forması

Dünyada mövcud olan bütün predmet və hadisələrə müəyyən tərəflərdən ölçü anlayışını tətbiq etmək mümkündür. Cisimlərin malik olduğu xassə və münasibətlər məkan kateqoriyasının məzmununu təşkil edir. Obyekt və proseslərin sürəkliyi və onlar arasında «gec», «tez» qəbildən olan münasibətlər zaman kateqoriyasının mahiyyətini təşkil edir. Deməli, məkan və zaman varlığın, materiyanın mövcudluğunun obyektiv real formalarıdır.
Məkan – maddi cisimlərin və hadisələrin müəyyən yer tutumuna məlik olmasını, cisimlər arasında xüsusi surətdə yerləşməsini ifadə edir.
Zaman – cisim və hadisələrin müəyyən ardıcıllıq və sürəkliliklə davam etməsini, dövrlər, mərhələlər üzrə inkişaf etməsi xassəsini ifadə edir.
Məkan və zaman obyektivdir, insan şüurundan asılı deyildir. Məkan – zaman sonsuzdur, tükənməzdir, Ardı »

Fəlsəfəİdrak və onun formalaşması

İnsanın ətraf aləmdə düzgün oriyentasiya götürməsi gerçəkliyin şüurda yenidən hasil edilməsini, cisim və hadisələrin beyində adekvat inikasını tələb edir. İdrak nəzəriyyəsi - idrakın mənşəyi və mahiyyəti, biliyin strükturu və inkişaf qanunları, onun əsası və meyarı, idrakın pillələri və əsas formaları, elmi tədqiqatın prinsipləri, metod və üsulları haqqında bütöv bir fəlsəfi təlimdir. İdrak nəzəriyyəsi üçün müstəsna əhəmiyyətkəsb edən məsələlərdən biri praktika problemidir.
İdrakın həqiqi əsası kimi praktikanın həlledici rolunu ilk dəfə K.Marks açmışdır. Praktika insanların təbiət və cəmiyyəti dəyiçdirməyə yönəldilən maddi, hissi – predmetli, məqsədyönümlü fəaliyyətidir. Praktikanın məzmununu təbii və sosial obyektlərin dərk edilməsi, mənimsənilməsi və dəyişdirilməsi təşkil edir.
İdraka münasibətdə praktika Ardı »

FəlsəfəCəmiyyətin sosial varlığı

«Sosiallıq» anlayışı Latınca-ictimailik, birgə yaşayış, vətəndaşlıq, cəmiyyət haqqında qarşılıqlı münasibət və vəzifələr yerinə yetirmək mənasını verir. Sosial fəlsəfə dedikdə-cəmiyyət, onun strükturu, hərəkətverici qüvvələri və qanunauyğunluqları haqqında elm başa düşülür. Sosial inkişafın inkişaf etmiş pilləsinə uyğun olaraq sosial strükturda mərkəzini (nüvəsini) insanın təşkil etdiyi etnik, demoqrafik, məsgən, peşə-təhsil və sinfi strükturları bir-birindən fərqləndirmək olar. Öz qarşılıqlı təsiri və məcmusunda cəmiyyətin sosial strükturu iki cür mənşəyə malikdir. Onlardan ikisi etnik və demoqrafik strükturlar öz mənşəyinə və köklərinə görə insanın bioloji təbiəti ilə bağlı olub biososial mahiyyət daşıyırlar. Digər üç strüktur isə, yəni məskən, sinfi və peşə-təhsil strükturları sözün tam mənasında sosialdırlar, üç əmək Ardı »

FəlsəfəFormasiya

Artıq bir neçə əsrdir ki, bəşər tarixi ibtidai icma, quldarlıq, feodalizm və kapitalizm ictimai-iqtisadi formasiyalarının cəmi kimi qəbul edilir. Kapitalizm yerinə hansı ictimai-iqtisadi formasiyanın gələcəyi XIX əsrin ortalarından bu günə qədər ciddi mübahisə mövzusudur. Yəni, bu gün bəşəriyyətin sabahı, ümumiyyətlə gələcəyi haqqında dialektikanın qanunlarına əsaslanan heç bir fəlsəfi konsepsiya mövcud deyildir. Sürətlə yaxınlaşan ekoloji fəlakətin fonunda kompassız və sükansız gəmini xatırladan bəşəriyyətin gələcəyinə işıq sala biləcək elmi-nəzəri əsasların yaradılması fəlsəfə və sosiologiya elmləri qarşısında duran ən aktual məsələdir.


Formasiya sözü ən azı iki yüz ildir ki, əsasən «ictimai-iqtisadi formasiya» söz birləşməsi şəklində fəlsəfə, sosiologiya, politologiya elmlərinin leksikonunda geninə, boluna işlədilir. Bu Ardı »