Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FəlsəfəAristotel

Aristotel qnoseologiyanın məntiq nöqteyi– nəzərindən öyrənilməsini daha da inkişaf etdirmişdir. Onun təliminin əsas müddəasına gəldikdə aşağıdakıları deyə bilərik.
Hər şeydən əvvəl, onun kateqoriyalar haqqında təlimini nəzərdən keçirək (onun «Kateqoriyalar haqqında» əsəri də var). Bu təlim Platonun ideyalar nəzəriyyəsinə və müxtəlif keyfiyyətli fikirlərinə əsaslanır. Aristotel, hər şeydən əvvəl, iki kateqoriyanı– mahiyyət və keyfiyyət kateqoriyalarını fərqləndirir. Mahiyyət başqasında deyil, özündə yaşayır. Aristotelə görə, xeyirxahlıq ideyası və xeyirxahlığın özü mahiyyət və keyfiyyətə aiddir. Keyfiyyət (və kəmiyyət) həmişə hansısa mahiyyətə uyğun gəlir. Keyfiyyət öz– özlüyündə mövcud deyildir. Mahiyyət– mübtədadır, keyfiyyət isə xəbərdir. Xeyir, məsələn keyfiyyət kateqoriyasıdır. Belə ki, öz– özlüyündə mövcud deyildir, nəyinsə xassəsidir (xeyirxah adamlar, Ardı »

Fəlsəfəİnsanda biolojilik və sosiallığın vəhdəti

XX əsrdə, xüsusilə onun sonunda insan probleminə diqqət daha da artmışdır. Elmin, xüsusilə insan aləminin öyrənilməsinə təbii– elmi yanaşmanın tənqidi, bu cür yanaşmanın məhdudluğunun dərk edilməsi fəlsəfənin elmlə birlikdə bütövlükdə mədəniyyətə istiqamətinin dəyişməsinə gətirib çıxarmışdır.
Hazırda informasiya cəmiyyətində insan fəaliyyətinin rolunun artması, cəmiyyətin bütün sahələrinin inkişafında insanda yara­dıcılıq başlanğıcının əhəmiyyəti, industrial sivilizasiyanın transfor­masiyasında sivilizasion dönüş mühüm yer tutmağa başlayır.
Zəmanəmizin mühüm əlamətlərindən biri də yaxın keçmişdə əsas rol oynayan totalitar rejimlərin tarix səhnəsindən çıxıb getməsi, demokratik, hüquqi dövlətə doğru hərəkətin güclənməsi, cəmiyyəti­mizdə insanın maddi və sosial statusunun kəskin şəkildə aşağı düş­məsi və bunun nəticəsində də ekzistensial problematikaya meylin artması ilə əlaqədardır.
Fəlsəfə Ardı »

FəlsəfəXIX-XX əsr rus fəlsəfəsi

a) XIX– XX əsr rus fəlsəfəsinin ənənələri və xüsusiyyətləri;
b) L.N.Tolostoyun fəlsəfi təlimi;
c) V.Solovyovun «rus ideyası» və metafizikası;
ç) N.Berdyayev.

a) XIX-XX əsr rus fəlsəfəsinin ənənələri və xüsusiyyətləri
Rus mədəniyyətinin inkişafında mühüm mərhələ XVII əsrin sonundan başlayır. Bu proses XX əsrin əvvəlinə qədər yüksələn xətlə getmişdir. I Pyotrun islahatları Rusiyanı ayaq üstə qaldırdı, onu Avropaya istiqamətləndirdi. XVII əsrin Qərb– Avropa maarifçiliyi rus fəlsəfəsinin inkişafına mühüm təsir göstərmişdir. M.Lo­monosov, N.Radişşevin ənənələri rus inqilabçı– demokratlarının– A.İ.Gertsen (1812– 1870), N.Q.Çernışevski (1828– 1889) və baş­qalarının əsərlərində daha da inkişaf etdirilmişdir. Lakin bununla yanaşı, qeyd etmək lazımdır ki, XIX əsrin sonuna qədər rus fəlsəfəsi üzvi, tam, bütöv kimi hələ də Ardı »

FəlsəfəŞellinqin fəlsəfəsi və estetikası

Şellinqin sistemində fəlsəfə və estetika necə baxışır?

Şellinq obyektiv idealistdir, yəni bütün olanları elə başlanğıcdan çıxarır ki, bu başlanğıc dindəki Tanrı təsəvvürünə daha yaxındır. Hərçənd idealist fəlsəfə heç də, sadəcə, dinin ağıl, düşüncə prinsipi ilə yozulub təkrar edilməsi deyil. Onun üçün də varlığın substansiyası (özülü) kimi götürdüyü qeyri-maddi, ideal (yəni ideya xarakterli) güc hər hansı bir dinin Tanrısından istənilən qədər ayrılır.
Şellinqin estetikaya həsr olunmuş düşüncələri başlıca olaraq onun xeyli çətin anlaşılan «İncəsənətin fəlsəfəsi» əsərində toplanmışdır. Kitabın adında «fəlsəfə» sözü güclü təsir göstərmək xatirinə işlənməmişdir. Onun estetik düşüncələri fəlsəfi düşüncələrinin o biri üzüdür. Estetikası fəlsəfədən çıxıb o qədər uzağa getmir, çıxan kimi də Ardı »

FəlsəfəModern insanın faciəsi

Bütün həqiqətin özündə olduğunu iddia edən və onu pornoqrafik şəkildə nümayiş etdirib mütləqləşdirən bir zehniyyət yaratdı modernizm. Bu zehniyyətin yetişdirdiyi modern insan Həqiqətin gözündə çox cılız görsəndi. Modernizmin insanlara gətirdiyi həqiqət ola bilməzdi. Bəs nə gətirdi bizə? -Heç nə... Bu heç nədi insanın ürəyini bulandıran, insanı özündən diksindirən, bezdirən, hər şeyi dəyərsiz və boş göstərən. Müasir dövrün faciəsidi bu. Bəli, artıq postmodern dövrün astanasındayıq. Boşluğun içində dəbələnirik. Bütün sirlər ifşa olunub. İndiana Jones gəldi və bütün sirləri ifşa etdi. İndiana Jones, şərqə çılpaqlıqla öz nifrətini, əsəbini qusdu… Artıq çılpaqlıq bir göstəriş olub.Yaxşı, bəs nə mənası var Ardı »

FəlsəfəGözəllik - estetik kateqoriya kimi

Dünya estetiklərinin əksəriyyəti belə bir doğru faktı etiraf edir ki ,gözəllik estetikanın ən ümumi ,ən universal kateqoriyası ,estetik qiymətləndirənin ən mühüm amilidir.O istisnasız olaraq obyektiv aləmin bütün təzahürlərini :təbiət və cəmiyyət hadisələrini ,əmək ,ictimai münasibətlər və incəsənət sahələrini əhatə edir.Ən əsası isə budur ki ,gözəllik insanın həyatında mühüm rol oynayır.O,insanlara sevinc bəxş edir ,fərəh gətirir ,həzz verir,onlarda həyat eşqi oyadır.Odur ki ,dünyanın dahi insanları hansı ölkədə və hansı dövrdə yaşamağından asılı olmayaraq, heç vaxt gözəlliyə biganə qalmamış ,ondan ilhamlanmış və onun şərəfinə təriflər söyləmişlər.Məsələn: F.M.Dostoyevski kimi dünya şöhrətli bir yazıçı insanlıq üçün nə dərəcədə vacib rol oynadığını göstərərək yazır:“Bilirsinizmi ,siz Ardı »

FəlsəfəFəlsəfədə şüur problemi

Şüur fenomeni ən müəmmalı, çoxlu mübahisə və diskussiyalara səbəb olan problemlərdəndir. Bu isə şüurun öz təbiəti ilə əlaqədardır. Şüur insanın varlığı ilə əlaqədardır. Şüurun ən mühüm xassəsi onun ideal olmasıdır. Şüura materialist baxışa görə o, insan beyninin fəaliyyəti prosesidir, beynin funksiyası olmaq etibarı ilə ondan kənarda mövcud deyildir. Beyin isə fikir orqanı, materiyasıdır, özünəməxsus şüur aparatıdır. Şüur beynin fəaliyyətinin məhsuludur. Və o, beyində öz – özünə yaranmır, beyinə hiss üzvləri vasitəsilə daxil olan xarici təsirlərin sayəsində formalaşır. Şüurun təşəkkülü mexanızminin aparıcı elementi maddi mühitlə insan beyni arasındakı vasitəçilər olan hiss üzvləridir. Onlar isə daxili və xarici olmaqla iki yerə bölünürlər. Xarici Ardı »

FəlsəfəDialektikanın kateqoriyaları və qanunları

Varlığın ən ümumi universal əlaqələri kateqoriya (yunanca – mülahizə, müddəa deməkdir), anlayışında ifadə olunmuşdur. Onlar gerçəklik hadisələrinin, idrakın mühüm və ümumi xassələrini, tərəflərini əks etdirən əsas və ümumi anlayışlardır. Fəlsəfi kateqoriyalar məzmunu gerşəkliyin xassə, əlaqə və münasibətləri haqqında ümumiləşdirilmiş bilikdən ibarət olan fəlsəfənin əsas anlayışlarıdır. Hər bir obyektin idrakı onun xassələrinin öyrənilməsindən başlayır. Xassə predmetin digər predmetlərlə fərq və ya oxşarlığını şərtləndirən və onlarla qarşələqlə təsirdə təzahür edən tərəfdir. Predmetin xassələrinin məcmusu onun keyfiyyətini təşkil edir. Keyfiyyət müəyyənlikdir. Keyfiyyət müəyyənliyi ilk əvvəl hiss orqanları vasitəsilə qeydə alınır. Təfəkkürün qabiliyyəti nəticəsində müəyyən cismin nədən ibarət olmasını göstərən xassələrin sistemli məcmusundan təşkil olunan Ardı »