Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FəlsəfəVarlığın əsas formaları və onların qarşılıqlı təsirinin dialektikası

Dünya gündəlik reallıq kimi və transendental dünya kimi, insa­nın qarşısında bütöv bir hadisə, ümumi vəhdət, özünə çoxsaylı müx­təlif şeyləri, prosesləri, insan fərdlərinin vəziyyətlərini, təbiət ha­disələrini və s. daxil edərək durur. Bu, bizim adlandırdığımız ən ümu­­­mi varlıqdır. Həmin sonsuz, çoxsaylı şeylərin arasında ən ümumi əlaqələri həyata keçirən əsas komponent rolunda təkcə çıxış edir. Onun köməyi olmadan yuxarıda dediklərimiz qeyri– müm­kün­dür. Başqa sözlə desək, dünya çoxsaylı təkcə şeylərlə, hadisələrlə, proseslərlə doludur. Onlar da öz aralarında qarşılıqlı əlaqədədirlər. Bu, təkcə mahiyyətlərin dünyasıdır. Buraya adamları, heyvanları, bit­­kiləri, fiziki prosesləri və s. aid etmək olar. Lakin ən ümumidən və təkcədən çıxış etsək, onda insan şüuru üçün Ardı »

FəlsəfəAtomizm

Antik fəlsəfənin sonrakı mərhələləri 1) eklektizm; 2) skeptisizm və sofizm üçün zəmin rolu oynayan qnoseoloji problemlərin meydana gəlməsi, bilik qaydalarını izah edən Sokratın fəlsəfəsi; 3) atomistlər tərəfindən təqdim edilmiş varlıqla olmuşun sintezi. Atomizm, yaxud mexanisizm müxtəlif formalarda ifadə olunmuşdur. Ya bir neçə keyfiyyətinə görə müxtəlif maddələr dünyanın başlan­ğıcı götürülür, yaxud da keyfiyyətinə görə vahid (atom) başlanğıcı kimi qəbul edilirdi. Birinci halda maddələr ilkin şeylər (Anak­saqor) sayılır, yaxud da maddə (cism) və ruh bir– birinə qarşı qoyulurdu (materializm). Hərəkətin mənbəyi də müxtəlif cür başa düşülürdü. Ya maddədən (cismin) özü ilə əlaqələndirilirdi. Atomizm Empedokl və Anaksaqorun mexanizmindən inkişaf etmişdir.
Empedokl (b. er. əv. 490– Ardı »

FəlsəfəFəlsəfə barmaqlarda

Platonizm. Xatırladım! Mənim barmaqlarım var!

Neoplatonizm. Mənim barmaqlarım var! Ancaq bunu xatırlayan mən deyiləm...

Atomizm. Barmaqlar var,ancaq onlar çox balacadırlar və həddindən artıq çoxdurlar.

Kiniklər. Barmaqlar var.Amma niyə?

Stoisizim. Barmaqlar qaçılmazdırlar

Zərdüştlük. Sol barmaqlar var,sağ barmaqlar var və onlar bərabərdir.

Buddizm. Barmaqlar fanidir-axı onlar …kimə lazımdır?

Konfutsilik. Barmaqlar. Sadəcə barmaqlar

Xristianlıq. Barmaqlar beşdir-ovuc ki birdir!..

Bidətçi xristian. Axı barmaqlar beş deyil!

Orta əsr fəlsəfəsi. Barmaqlar dərkedilməzdir.

İslam. Mənim barmaqlarımdan başqa barmaq yoxdur.

Sensualizm. Əgər barmaqlarla zərbə vursan və ağrı hiss etsən,deməli onlar mövcuddur,hiss etməsən-mövcud deyil.

İdealizm. Barmaqlar ona görə mövcuddur ki,mən onların mövcud olması haqqında fikirləşirəm.

Subyektiv idealizm. Əgər barmaqlar haqqında düşünməyə ara versəm onlar yoxa çıxacaqlar.

Aqnostisizm. Axı barmaqlar var. İndi götür bunu sübut et...

Dialektik Ardı »

FəlsəfəAzərbaycanda etik fikir tarixindən

Dünya mifoloji və fəlsəfi fikir tarixi insanın mənəvi həyatı ilə bağlı nümunələrlə zəngindir. Belə nümunələrdən biri «Avesta»dır. Şərq xalqlarının və ümumiyyətlə Dünya xalqlarının fikir tarixində görkəmli yer tutan Zərdüştilik və onun nəzəri təcəssümü olan «Avesta» dualist zəmində inkişaf tapmışdı. Dini-fəlsəfi doktrina olmaqla yanaşı, Zərdüştilik etik ideyalarla da zəngindir. O, insanların həyat tərzini, davranışını əks etdirərək insanları bir-birinə hörmət etməyə, qardaşlıq münasibətləri bəsləməyə, xeyirxah olmağa, şər qüvvələrə qarşı mübarizə aparmağa səsləyir. Zərdüşt inamına görə bütün varlıq 2 əks qüvvənin mübarizəsi üzərində qurulub: 1) işıq; 2) zülmət. Bütün şəxsiyyət idealı 3 amilin vəhdətindən yaranıb: 1) xeyirxah niyyət; 2) xeyirxah söz və ya fikir; Ardı »

FəlsəfəTəhtəlşüur və şüurluluq

Biolojilik və sosiallıq məsələsi ilə fəlsəfi antropologiyada təhtəlşüur (şüur altı ) və şüurluluq problemi də sıx əlaqədardır. Təhtəlşüur və şüurluluq insanın mövcudluğunun psixik və bioloji tərəflərini əks etdirir.
Uzun illər ərzində fəlsəfədə antropoloji rasionalizm prinsipi hökm sürmüşdür. Yəni insan, onun davranışının motivləri və var­lığının özü ancaq şüurlu həyatın təzahürü kimi araşdırılmışdır. Bu baxış özünün parlaq təcəssümünü məşhur kartezian tezisində «co­gito ergo sum» («düşünürəm, deməli mövcudam») tapmışdır. Həmin planda insan da yalnız «ağıllı insan»kimi çıxış etmişdir. Lakin yeni dövrdən başlayaraq fəlsəfi antropologiyada getdikcə daha çox təh­təlşüur problemi diqqət mərkəzinə keçir. Leybnits, Kant, Kyer­ke­qor, Hartman, Şopenhauer, Nitşe kimi müəlliflər müxtəlif tərəf və mövqelərdən Ardı »

Fəlsəfəİdealist fəlsəfədə şüur

Yeni dövr Nitşenin mühüm hökmü ilə– «Allah ölmüşdür»– özünü büruzə vermişdir. «Şən elmlər» əsərində o belə bir hadisəni təsvir edir: Siz ağılsız bir adam haqqında bu fikri eşitmisinizmi ki, günün günorta çağı fanarı yandıraraq bazara qaçmış və qışqırmışdır. «Mən allahı axtarıram! Mən allahı axtarıram!» Bu zaman ora toplaşanların əksəriyyəti allaha inanmayanlar olduğundan, hay– küy, gülüş hər yeri bürümüşdür. Biri deyir: «O necə olub, itmişmidir» digəri deyir: «O yəqin uşaq kimi azmışdır» onda ağılsız adam kütlənin içərisinə qaçıb qışqırır, «Hanı o!». «Allah haradadır?»– Mən bunu sizə demək istəyirdim ki, allahı biz öldürmüşük, mən və siz!». Nəhayət, o fanarı yerə atır, fanar sınır Ardı »

Fəlsəfəİdrak

İnsanın təbiətə münasibətinin rəngarəng formaları sistemində mühüm yeri idrak, yaxud insanı əhatə edən aləm haqqında biliklər, onun təbiəti və strukturu, inkişaf qanunauyğunluqları, həmçinin insanın özü və bəşər cəmiyyəti haqqında bilgi tutur. İdrak insanın yeni bilik əldə etməsi prosesi, əvvəllər məlum olmayanın kəşfi deməkdir. İdrakın mühüm nailiyyətləri insanın həmin prosesdə fəal rolu ilə əldə edilir. Əslinə qalanda elə fəlsəfi təhlili də maraqlandıran həmin məsələdir. Başqa sözlə desək, söhbət həqiqətə çatmaq yolları, anlayışları və metodlarından gedir.
İdrakın fəlsəfi problemləri dedikdə, idrak nəzəriyyəsinin pred­meti, yaxud qnoseologiya nəzərdə tutulur. «Qnoseologiya»– yunan mənşəli olub, qnozis– bilik, loqos– söz, təlim deməkdir. İdrak nəzəriyyəsi aşağıdakı suallara cavab verir: İdrak Ardı »

FəlsəfəSatanizm

Satanizm – Şeytana sitayiş edən dindir. Bu dində Satana güc və höküm simvoludur.

Satanizmin rəqəmi 666, bəzi hallarda 616 hesab edilir. Heyvan rəqəmi (666) İncildə qeyd edilmiş satanizm rəqəmidir. Böyük heyvan, və ya Antixristin rəqəmi hesab edilir. Amma satanizmin böyük banisi olan Anton Laveyin dediyinə görə, 666 rəqəminin elə də mənası yoxdur, bu sadəcə boş inamdır.
Satanizmin işarəsi pentaqramdır.

Satanizmin, və ya Şeytana sitayişin əsrlər boyu müxtəlif kitabları mövcuddur. Ən qədim kitabı b.e. 1312-ci ilində aid “Şeytanpərəstliyin Tam Kitabı”-dır. Həmən ili 9 ən güclü şeytanın siyahısı da yaranıb. Bu günə qədər bu say dəyişilməyib.
Ənənəvi satanizmdən başqa, ən məşhur olan Laveyin Satanizmidir. Fəlsəfə Ardı »