Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FəlsəfəŞəxsiyyətin strukturu və tipləri

Şəxsiyyət mürəkkəb strüktura, element tərkibinə və müxtəlif xüsusiyyətlərə malik olan bütöv bir sistemdir. Şəxsiyyət öz rolunu yalnız ictimai münasibətlər sistemində yerinə yetirə bilər.
V.Şekspir vaxtı ilə yazmışdır ki, bütün dünya teatr tamaşasından ibarət olan bir səhnədir. Orada kişi və qadınların hamısı aktyorlardan ibarətdirlər. Bu dramda yeddi səhnədə körpələr, məktəblilər, gənclər, sevgililər, əsgərlər, hakimlər və qocalar iştirak edirlər. şəxsiyyət,insan psixologiyasıŞəxsiyyətin yalnız konkret – tarixi mühitdən asılı olması ideyasının müəllifi C.Look göstərirdi ki, insan «təmiz lövhədir», pis mühit bu lövhəyə elə yazılır ki, o, pis adam yetişdirir. L.Feyerbax isə yazırdı ki, insanı dəyişdirmək üçün əvvəlcə onun şüurunu dəyişdirmək lazımdır. Şüurlu dəyişdirilən adam Ardı »

FəlsəfəArtur Şopenhauerin fəlsəfəsi, insan haqqında təlimi və estetikası

Şopehauer fəlsəfədə kimləri sevib, kimləri sevməyib

Bu adam yəqin alman fəlsəfəsində ilk dalaşqan filosofdur. Sonra Nitsşe gəlir.

Şopenhauerin fəlsəfi öyrətisi Hegelin sağlığında kölgədə qalmışdı, yalnız Hegeldən və Şopenhauerin öz ölümündən sonra birdən-birə onun fəlsəfəsi yada düşdü, məşhurlaşdı və yeni fəlsəfi sistemlərin yaranmasına təpgi verdi. Sağlığında isə Şopenhauer yanıb-tökülürdü ki, bu camaat Hegeldə nə tapıb ki, onu görmür. Ona görə də acığını almanlara tökürdü. Bir yerdə yazırdı, fransızlar, ingilislər üçün «ideya» sözünün mənası adidir, alman isə «ideya» eşidəndə başı gicəllənir, özünü elə duyur, elə bil bu dəqiqə şarla göyə qalxacaq.
Şopenhauer Hegelin qurduğu azman fəlsəfi sistemi hətərən-pətərən sayırdı: Mütləq İdeyanın özünü anlamasından dünyanı çıxarması fikri Ardı »

FəlsəfəFəlsəfə, onun predmeti və cəmiyyətin mənəvi inkişafı

İnsan biliyinin ən mürəkkəb və şətin sahəsi olan fəlsəfənin anlayış mənşəyi yunan dilindəki sözlərinin birləşməsi ilə əlaqədardır. «Fileo»-(sevirəm) və «sofia» (hikmət). Cəm halda «hikməti sevənlər». Bu anlayışı ilk dəfə qədim yunan riyaziyyatçısı və filosofu Pifaqor (e.ə. 580-500) işlətmişdir. Lakin bu anlayış Avropa elminə Platonun adı ilə daxil olmuşdur.
Platon özünün «Akademiya» məşğələlərində fəlsəfənin əbədi və mütləq həqiqətin dərk edilməsi yollarını göstərən elm adlandırmışdır. Aristotel isə fəlsəfənin vəzifəsini dünyada, varlıqda ən ümumini dərk etməkdən; predmetini isə varlığın ilkin başlanğıcları və səbəblərini öyrənməkdən ibarət saymışdır. Fəlsəfənin nədən ibarət olması haqqında müxtəlif izahatlar, aforizmlər və təriflər göstərmək olar. Xüsusilə XIX - XX əsrlərdə fəlsəfəyə varlıq Ardı »

Fəlsəfəİctimai inkişafın Hegel konsepsiyası

Tarix fəlsəfəsinə dair az– çox avtoritetli, ictimaiyyətşünas alimlərin əksəriyyəti tərəfindən qəbul edilən konsepsiyaya görə, bəşər tarixi vahid qanunauyğun prosesdir. Buradakı bütün hadisə və proseslər sıx, qarşılıqlı əlaqədə olub, qarşılıqlı şəkildə də şərt­lənirlər. Bu tarixə monist baxış adlanır. Tarixə monist baxışın inki­şafına dair bir sıra mütəfəkkirlər öz fikirlərini söyləmişdir. Lakin biz burada onlardan yalnız bir neçəsinin adını çəkməklə kifayət­lənəcəyik. Həmin mütəfəkkirlərdən, ilk növbədə böyük alman filosofu Hegeli (1770– 1831), marksizm təliminin baniləri K.Marks (1818– 1883) vəF.Engelsi (1820– 1895) göstərmək olar.
Hegelin böyük xidməti ondan ibarətdir ki, O, ilk dəfə olaraq bütün təbii, tarixi və mənəvi aləmi proses halında, yəni daim hərəkət, dəyişilmə, Ardı »

FəlsəfəTarix fəlsəfəsi anlayışı

Sosial fəlsəfədə tarix fəlsəfəsi mühüm yer tutur. Bu da təsadüfi deyildir. Fəlsəfi biliyin xüsusi sahəsi olan tarix fəlsəfəsi dünyanın təkrarolunmaz fenomeni olan bəşər tarixini əks etdirir.
«Tarix fəlsəfəsi» anlayışını ilk dəfə elmi dövriyyəyə Volter gətirmişdir.Onun əsərlərindən biri «Tarix fəlsəfəsi» adlanır. Lakin bu heç də o demək deyildir ki, o, tarix fəlsəfəsinin banisidir. Çünki fəlsəfənin bu sahəsi Volterdən xeyli əvvəl yaranmışdır. Avropa fəlsəfə irsində bu sahədə ənənələrin mövcudluğu onun heç də Qədim Yunanıstanla əlaqədar olmasını sübut etmir. Müəyyən mənada antik fikir tarixi fəlsəfəsi refleksin fundamental predmeti kimi tanımırdı. Tarix sözü yunan mənşəli olmasına baxmayaraq ilk yu¬nan tarixçiləri (filosofları da) bu sözü «tədqiqat», məlumat Ardı »

FəlsəfəVarlıq və onun fəlsəfi mahiyyəti

Adi şüurda öz əhəmiyyətinə görə bir– birinə yaxın olan «ol­maq», «mövcud olmaq» terminləri bir sinonim kimi qəbul edil­miş­dir. Fəlsəfədə «olmaq», «varlıq» terminləri təkcə mövcudluğu ifadə etmək üçün deyil, mövcudluğa zəmanət verən kimi də işlədilir. Ona görə də «Varlıq» sözü fəlsəfədə xüsusi məna kəsb edir. Əslinə qa­landa dünya fəlsəfi fikrində varlıq nədir?– sualına cavablarda yek­dil­lik yoxdur. Bu da təsadüfi deyildir. Çünki varlığın mahiyyəti ha­di­sə formasında çıxış edir ki, insan onu dərk etdikcə özünün yeni– yeni keyfiyyətlərini aşkar edir. Ümumiyyətlə: Varlıq– fəlsəfi ka­te­qoriya olub, şüurdan asılı olmayaraq obyektiv reallığın– kosmos, tə­­biət, insanın mövcudluğudur. Həmin mənanı anlamaq üçün var­lığın fəlsəfi probleminin tarixinə nəzər yetirmək Ardı »

FəlsəfəSufizmin yaranmasının ilkin mərhələsi

Zöhd dövrü (zöhd - dünya malına göz dikməmək və sadə nemətlərlə yaşamağa çalışmaq. Bir növ "yemək üçün yaşamamaq, yaşamaq üçün yemək" prinsipi)

Bu mərhələdə əsasən Məhəmməd peyğəmbərin zöhdlə bağlı örnəkləri əsas götürülmüşdür. İslam peyğəmbərinin çox sadə həyat tərzi onun əsabələri üçündə örnək olmuşdur. Mənbələrə görə, ondan sonra hakimiyyətə gələn dörd böyük xəlifə də Peyğəmbərin bu ənənəsinə sadiq olmuşdur. Bu dövrdə sufi kəlməsi işlənməsədə onun yaranması üçün tarixi zəmin meydana gəlmişdir. Əshabi-suffənində təsəvvüf tarixində böyük rolu olmuşdur. Bəzi tədqiqatçılar Əshabi-suffənin təsəvvüf həyatının ilk nüvəsini təşkil etdiyi, hətta təsəvvüf sufi kəlmələrinin onlara aid olan suffə kökündən olduğunu iddia etmişlər. Onların saylarının 70 ilə Ardı »

Fəlsəfəİctimai şüur və onun formaları

İctimai şüur - cəmiyyətin mənəvi istehsalının böyük bir hissəsini təşkil etməklə ictimai varlığın inikasıdır. Sosial hadisələrin inikasına və onun məna dərinliyinə görə adi və nəzəri şüur da bir-birindən fərqləndirilir. Adi gündəlik şüur ictimai şüurun ən küütləvi forması olmaq etibarı ilə konkret ictimai varlığa, adi gündəlik həyata münasibətdə fərdlərin əldə etdikləri konkret bilikləri, təsəvvürləri, insan birgəyaşayışına, milli və etnoqrafik xüsusiyyətlərinə, əxlaq normalarına, ailə və məişətə və həyat şəraitinə aid olan şüur səviyyəsidir.
Elmi-nəzəri şüur sosial gerçəkliyin elmi və nəzəri cəhətdən sistemli və ümumiləşdirilmiş inikasıdır. O, daxili mahiyyətli qanun və kateqoriyalar vasitəsilə ifadə olunan inikasıdır. Son vaxtlar elmi ədəbiyyatda «mentalitet» anlayışından istifadə Ardı »