Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FəlsəfəKulturologiyanın fəlsəfə ilə qarşılıqlı əlaqəsi

Tarixən bütün elmlər fəlsəfədə cəmləşmişlər. Zaman keçdikcə elmlər fəlsəfədən ayrılmaga başlamışlar və cəmiyyət həyatında müstəqillik əldə etməyə başlamışlar. Fəlsəfənin atası hesab olunan Pifaqor e. ə. 6-cı əsrdə fəlsəfə terminini meydana gətirərkən bu cəmiyyət haqqında insan və şəxsiyyət haqqında uzaqgörən bir fikirlər irəli sürürdü. Bu fikirlər sonradan cəmiyyəti öyrənən elmlərin formalaşmasında müstəsna rol oynamışdır. Bu elmlərdən antropologiya, sosiologiya, etnoqrafiya, kulturologiya və s. qeyd etmək olar.
Məhz fəlsəfədən yaranan, sonradan cəmiyyətin həyatında mühüm əhəmiyyət kəsb edən ən vacibli elmlərdən biri də kulturologiya olmuşdur.Bu elm daima cəmiyyətdə fəlsəfə ilə qarşılıqlı əlaqədə ol- muşdur.Fəlsəfə insan və cəmiyyət,təbiət və gerçəkliyə olan münasibətləri əks etdirən elmdirsə,dünya görüşü Ardı »

FəlsəfəElmi idrak, onun forma və metodları

İnsan idrakının əsas formalarından olan elm bir sıra sosial funksiyalara malikdir. Müasir elmin üç sosial funksiyası xüsusi qeyd edilir:

elmin mədəni – dünyagörüşü funksiyası;
elmin bilavasitə məhsuldar qüvvə olmasından irəli gələn funksiya;
elmin sosial qüvvə olmasından irəli gələn funksiyası.
Elmi idrakın mühüm formalarından biri problemdir. Problem isə elmi biliyin forması, köhnə bilikdən yeni biliyə keçıd formasıdır.
Elmi idrakın ən yüksək forması nəzəriyyədir. Nəzəriyyə - gerçəkliyin məyyən sahəsinə aid olan hadisələri təsvir və izah etməklə bu sahədə təzahür edən bilik sistemidir.
Metod yunan sözü olub - yol, tədqiqat, şərh üsulu mənasına uyğun gəlir. Metod məqsədə çatmaq – gerçəkliyin dərk olunmasına və dəyişməsinə nail olmaq üçün üsulların məcmusudur. Ardı »

FəlsəfəÇin fəlsəfəsi

İnsanlara gözlədiklərindən daha çox şey verin və bunu sevinclə edin.

Sevdiyiniz şeiri xatırlayın. … Eşitdiyiniz hər şeyə inanmayın: sahib olduğunuz hər şeyi xərcləyin və yaxud istədiyiniz qədər yatın.

“Səni sevirəm” dediyinizdə həqiqəti deyin.

“Təəssüf edirəm” dedikdə həmin insanın gözlərinə baxın.

İlk baxışdan sevgiyə inanın.

Başqalarını yuxularına və arzularına lağ etməyin.Dərin və şəhvətlə sevin. Bu sizi yaralasa da həyatı bütünlüklə yaşamağın tək üsulu budur.

İnsanları qohumlarına görə mühakimə etməyin.

Asta danışın, lakin sürətli düşünün.

Yadda saxlayın ki, dahi məhəbbət və böyük nailiyyətlər böyük risk tələb edir.

Valideynlərinizə zəng edin.

Üç prinsipi yadda saxlayın: özünüzə hörmət edin, ətrafdakılara hörmət edin və bütün hərəkətlərinizə görə məsuliyyət daşıyın.

Kiçik mübahisənin böyük dostluğu pozmasına imkan verməyin.

Müəyyən Ardı »

FəlsəfəSivilizasiya və onun tipləri

Siviliasiya – müəyyən sosial genotipə malik olan, sosial stereotip kimi çıxış edən, dünya çəkanında sabit yer tutan insanların sosial-tarixi və mədəni ümumiliyinə deyilir. Hər hansı sivilizasiya: sosiallıq və mənəvilik ənənələrnin tipoloji cəhətdən fərqlənməsinə; dünyanın coğrafi məkanında nisbətən qapalı və məhdudluğuna; ənənələrin öz daşıyıcıları olan etnoslarda üzə çıxan və geopolitik süjetlərdən təşkil olunmuş ölçüyə malikdir.
Siviliasiya anlayışı Şpenqler tərəfindən elmə daxil edilmişdir. Bu anlayış isə:

Bəşəriyyatın inkişafında müəyyən tarixi pilləni ifadə edir;
Butün mədəniyyətlərin bütövlüyünün xarakteristikasıvə ümumbəşəri vəhdəti kimi istifadə olunur;
Siviliasiya «maddi mədəniyyət» anlayışının sinonimi kimi işlədilir;
Tarixi prosesin vəhdəti xarakteristikası kimi nəzərdən keçirilir.
XVIII əsrin ortalarında sivilizasiya anlayışından insanların «təbii vəziyyəti» anlayışının əksi kimi istifadə Ardı »

FəlsəfəPifaqorçular məktəbi

Bu məktəb Samoslu Pifaqor (b. er. əv. 580– 512) tərəfindən yaradılmışdır. O, qədim dünyanın, demək olar ki, bütün ölkələrində olmuşdur. Məsələn, Misirdə 22 il, Babilistanda 12 il yaşamışdır. Onun məktəbində poetika, tibb, musiqi, elm (xüsusilə riyaziyyat) bir– birini əvəz etmişdir. Fəlsəfə sözünü ilk dəfə işlədən Pifaqor özünü də filosof adlandırmışdır. «Hər şey harmoniya və rəqəmlərdən ibarətdir»– Pifaqor fəlsəfəsinin başlanğıc prinsipi budur. F.Engels bu barədə yazırdı: «Rəqəm müəyyən qanunlara tabe olduğu kimi, bütün kainat da onlara tabedir; bununla da ilk dəfə kainatın qanunauyğunluğu haqqında fikir söyləyir».
Pifaqorçuluqda rəqəmlərin mistikası və musiqidə kəmiyyət münasibətlərinin konstruksiyalaşdırılması, astroloji– musiqi quruluşları dəqiq astronomik hesablamalarla özünəməxsus şəkildə Ardı »

Fəlsəfəİctimai tərəqqi anlayışı

Tərəqqi – bəşər cəmiyyətinin irəliyə doğru tarixi inkişafının zəruri istiqaməti, meylidir. Bəşəriyyət aşağı mərhələlərdən yüksəklərə döğru inkişaf etdikcə daha da yetkinləşir, tərəqqi edir.
Dialektik sosial fəlsəfədə ictimai tərəqqi bə onun meyarı haqqında tarixə münasibət baxışlardır: bəşər tarixi daimi irəliləyən obyektiv, təbii-tarixi, qanunauyğun prosesdir, cəmiyyətin inkişafı gedişində istehsala olan tələbat məhsuldar qüvvələri daim təkmilləşdirir, yeniləşdirir. ictimai tərəqqiİctimai tərəqqinin nüvəsini, onun ən yüksək meyarını məhsuldar qüvvələrin, xüsusilə onun subyekti olan insanın inkişafı səviyyəsi təşkil edir. Deməli, ictimai tərəqqinin həqiqi meyarı məhz istehsal üsulu özüdür. B.Plexanov maddi istehsalı sosial tərəqqinin əsas meyarı hesab etsə də «çoxamilliyə» daha üstünlük verirdi. Maddi amil aparıcı olsa da, Ardı »

FəlsəfəAdamların etnik birlik formaları

Adamların sosial birliklərindən əvvəl etnik birliklər mövcud olmuşdur. Sosial fəlsəfədə etnik birliklərin öyrənilməsinə çox gec başlanmışdır. Lakin öz əhəmiyyətinə görə bu problem aparıcı yerlərdən birini tutur.
İbtidai inkişaf mərhələlərində insanların başlıca birlik forması qəbilə, tayfa olmuşdur. Qəbilə qan qohumluğu və müəyyən təsərrüfat əlaqələri ilə, ümumi mənafeyi müdafiə etməklə bağlı olan və təbiətin kor– təbii qüvvələrinə qarşı birlikdə çıxış edən insanların tarixi birlik formasıdır. Qəbiləni ən qədim cəmiyyətdə mənşə birliyinə, ümumi dilə,ümumi adətlərə, əqidələrə, məişət və mədəniyyət əlamətlərinə malik ilkin istehsal kollektivindən ibarət sosial və etnik kollektiv adlandırmaq olar. Qəbilənin ümumi məskənləri və ov yerləri olmuşdur.
Qəbilənin iqtisadi əsası ibtidai icma mülkiyəti idi. Qəbiləni Ardı »

FəlsəfəSokrat və Qədim Yunanıstanda etik məktəblər

Əslinə qalanda fəlsəfə sözü bu dövrdən başlayaraq işlənmişdir. Sokrat kinayə ilə deyirdi ki, sofistlər elmi və yaxud müdrikliyi öyrətməyə çalışsalar da, özləri hər cür bilik və hər cür müdriklik imkanlarını inkar edirlər. Onlardan fərqli olaraq Sokrat özünü müdrik yox, «müdrikliyə məhəbbət bəsləyən», onu sevən adlandırmışdır. Onları «sofist»– müdrik, özünü isə filosof– müdrikliyi sevən hesab edirdi. «Fəlsəfə» sözünü bu mənada onun tələbələri də ifadə edirdilər. Elə həmin zamandan başlayaraq fəlsəfə intellektual fəaliyyətin xüsusi sahəsini ifadə etməyə başladı. «Fəlsəfə» sözü «müdriklik» (Sokrata qədər fəlsəfə belə adlanırdı) sözünü əvəz etdi. Həm də b. er. əv. V əsrin sonuna qədər fəlsəfə bütün elmi bilikləri əhatə Ardı »