Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FəlsəfəDin..

Din bəşərin yaradılması ilə birlikdə mövcud olub. Və insanla birlikdə də olacaq bir inam sistemidir. Bəşəriyyət tarixinə nəzər yetirəndə dinsiz bir cəmiyyətə, xalqa rast gəlməyin mümkün olmadığını görürük. İnsanların tarixin heç bir dövründə dinsiz həyat yaşamadıqlarını elmi tədqiqatlar da göstərir. Bu isə bir cəmiyyəti yaşadan əsas ünsürlərdən birinin də din, inam olduğunu göstərir. Fəlsəfə, hüquq, əxlaq kimi bəzi elmlərin mənbəyinin də din olduğu qəbul edilir. Hətta Viktor Kuzin "Hər şey dinin ətrafında, din üçün, dinlə təşkil edildi" deyərək, "din"in mövzusunu daha da genişləndirir.



"Din" sözünün mənası

"Din" sözünün kökünün arami, ibrani, fars və ərəb dilində olması ilə bağlı fikirlər səsləndirilsə də bu məsələdə Ardı »

FəlsəfəEleya məktəbi

Qədim İtaliyada Eleya şəhərinin adı ilə bağlı olan Eleya fəlsəfi məktəbi fəaliyyət göstərmişdir. Həmin məktəbin ən böyük nümayəndələri Parmenid, Ksenofan və Zenon olmuşdur.
Parmenid (b. er. əv. 530– 470) fəlsəfi dünyagörüşünü «Təbiət haqqında poema»sında əks etdirmişdir. Poema «Həqiqətin yolu» və «Mülahizənin yolu» adlı iki hissədən ibarətdir. Onun fikrincə, iki fəlsəfə vardır. Biri həqiqətə müvafiqdir, ikincisi isə rəylərə uyğun gəlir. Parmenidə görə, yer kürə şəklindədir. Kainat od və torpaqdan ibarətdir. Birincisi yaradıcı, ikincisi cisim və əşyadır. Allah şar şəklindədir. Kainat əbədi və tərpənməzdir. Əgər fövqəl varlıqda bir şey varsa, o varlıq deyil, kainatda qeyri– varlıq yoxdur. Parmenidin təlimi Eleya məktəbinin əsas məzmununu təşkil Ardı »

FəlsəfəTəbiət

«Təbiət» anlayışı bir sıra mənalarda işlədilir. Bəzi lüğətlərdə təbiət– canlı, təbii kainat, bütün dünya, görünən hər şey, 5 hiss üzvünün qəbul etdiyi nə varsa mənasında şərh olunur. Sadələşdirilmiş şəkildə geniş formada yayılmış təbiət anlayışı altında bizim dünya, yer və onun üzərində yaradılan hər şey başa düşülürdü. Lakin hazırda bu anlayışın tərifləri də müəyyənləşdirilməkdədir. Ancaq hər dəfə bu tərifə müxtəlif əlamətlər və cizgilər əlavə olunmaqdadır. Yəni təriflərin sayı az deyildir. Onlardan birində təbiətə münasibət dedikdə məskun olunan yerə münasibət kimi başa düşülürdü. Digərində isə təbiətə münasibət dedikdə, bu, təbiətin insan fəaliyyətinin və elmi idrakın obyektinə çevrilməsi kimi şərh olunur.
Ümumiyyətlə, Ardı »

Fəlsəfəİctimai–iqtisadi formasiya anlayışı

İctimai – iqtisadi formasiyalar nəzəriyyəsi tarixin materalist anlayışının, cəmiyyət tarixinə təbii-tarixi, qanunauyğun bir proses kimi yanaşan materialist təlimin özülünü təşkil edir. İctimai – iqtisadi formasiya konkret bir cəmiyyət tipi olmaq etibarı ilə müəyyən istehsal üsulunun spesifik qanunları əsasında fəaliyyət göstərən sosial bütövlükdür.
Hər bir ictimai-iqtisadi formasiya digərlərindən ayrıca bir keyfiyyət halı kimi fərqlənsə də onların strükturunda ümumi əlamətlər vardır. Bu ümumi cəhətlərdən «məhsuldar qüvvələr», onların xarakteri və səviyyəsidir, onlar formasiyanın təməlini təşkil edir. İctimai-iqtisadi formasiyanın bütöv bir orqanizm kimi hər şeydən əvvəl istehsal münasibətlərinin müəyyən etdiyi siyasi, hüquqi, mənəvi, bədii, fəlsəfə və dini baxışların məcmusundan və təsisatlardan ibarətdir. İkincisi, formasiyanın tərkibinə Ardı »

FəlsəfəQloballaşmaMüasir dildə desək, «qloballaşma» termini 80– cı illərin orta­la­rında meydana gəlmişdir.

Müasir dildə desək, «qloballaşma» termini 80– cı illərin orta­la­rında meydana gəlmişdir. Bu termin yaranmağı ilə intellektual eli­taya güclü təsir göstərmişdir. Həmin terminin yaranması T.Levitin adı ilə bağlıdır. O, 1983– cü ildə «Harvard biznes revyu» jurnalında çap etdirdiyi məqaləsini böyük və çox millətli korporasiyaların isteh­sal etdiyi ayrı– ayrı məhsulların bazarlarının bir– birilə qo­vuş­ması nəticəsində yaranmış fenomenə həsr etmişdi. Terminin yayıl­ması isə amerikan sosioloqu R.Robertsonun adı ilə bağlıdır. O, 1985– ci ildə qloballaşma anlayışının şərhini vermiş, 1992– ci ildə ayrıca bir kitabda öz konsepsiyasının əsaslarını qeyd etmişdir. Yapon alimi K.Omaye 1990– cı ildə çap etdirdiyi «Sərhədsiz dünya» əsərində qloballaşma anlayışının hərtərəfli izahını verməyə Ardı »

FəlsəfəAyrıca,təkcə,xüsusi və ümumi

Dialektikanın sistemində mühüm yer tutan ayrıca,təkcə,xüsusi və ümumi kateqoriyaları və onların münasibəti məsələsi fəlsəfənin qədim problemlərindəndir.

Fəlsəfə tarixində təkcə və ümuminin qarşılıqlı əlaqəsi prosesi probleminin həllində iki meyl qabarıq nəzərə çarpır: realist və nominalist meyl.Realistlər təsdiq edirdilər ki,ümumi birinci olub müstəqil surətdə,təkcədən asılı olmadan mövcuddur.Bir qisim realistlərə görə (Platon,Hegel,Mur və b.) ümumi mənəvi olub,ideal mahiyyətdir,ümumi anlayışlar,formasında mövcuddur,digər qisim realistlərə (Ksenofan,Parmenid,Zenon və b.) görə isə ümumi maddi olub,dəyişməz və eynilik təşkil kütlə və ya predmetlər qrupudur (sinif,ordu,xalq və s.).Təkcəyə gəldikdə isə realistlər onun mövcudluğunu ya inkar edir,ya da onu ümumidən asılı və ümumi tərəfindən yaradılan ikinci dərəcəli,keçici bir şey hesab edirdilər.
Nominalistlərə görə,obyektiv gerçəklikdə Ardı »

Fəlsəfəİctimai şüur formaları

İctimai şüur - cəmiyyətin mənəvi istehsalının böyük bir hissəsini təşkil etməklə ictimai varlığın inikasıdır. Sosial hadisələrin inikasına və onun məna dərinliyinə görə adi və nəzəri şüur da bir-birindən fərqləndirilir. Adi gündəlik şüur ictimai şüurun ən kütləvi forması olmaq etibarı ilə konkret ictimai varlığa, adi gündəlik həyata münasibətdə fərdlərin əldə etdikləri konkret bilikləri, təsəvvürləri, insan birgəyaşayışına, milli və etnoqrafik xüsusiyyətlərinə, əxlaq normalarına, ailə və məişətə və həyat şəraitinə aid olan şüur səviyyəsidir.Elmi-nəzəri şüur sosial gerçəkliyin elmi və nəzəri cəhətdən sistemli və ümumiləşdirilmiş inikasıdır. O, daxili mahiyyətli qanun və kateqoriyalar vasitəsilə ifadə olunan inikasıdır. Son vaxtlar elmi ədəbiyyatda «mentalitet» anlayışından istifadə olunur.

Mentalitet (lat. Ardı »