Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fəlsəfəİslama görə reinkarnasiya

Karma təlimi həyata keçirilən bütün işlərin nəticəsinin gec-tez həmin adama qayıdacağını və bunun guya həmin insanın sonrakı dünya həyatına təsir edəcəyini qəbul edir. Bu batil inanca görə, insan davamlı olaraq yenidən dünyaya gəlir və hər sonrakı həyatında əvvəlki həyatında etdiklərinin nəticəsini alacaq. Allahın varlığını inkar edən buddizmə görə də, hər şeyi idarə edən yeganə güc karmadır. Sanskrit dilində bir kəlmə olan “karma” “hərəkət, feil” mənasına gəlir və bir “səbəb-nəticə qanunu” olaraq göstərilir.
Karma inancını müdafiə edənlərə görə, bir insan keçmişdə nə edibsə, bu, gələcəkdə mütləq onun qarşısına çıxacaq. Keçmiş insanların əvvəlki həyatı, gələcək isə ölümündən sonra başlayacağı iddia edilən yeni həyatdır. Buna Ardı »

FəlsəfəQədim Mesopotamiya

Yunanca Mesopotamiya adlanan qədim İkiçayarası ölkəsi Ön Asiyada yerləşir. Ön Asiyanın çox hissəsi dağlar və yaylalardır. Onların arasından Dəclə və Fərat kimi böyük çaylar axır. Bu çayların hər ikisi öz başlanğıcını Qafqazdan cənubda olan dağlardan götürür və İran körfəzinə tökülür. Dəclə və Fəratın orta və aşağı axarlarında yerləşən ölkə qədim dövrlərdən məşhur və qüdrətli bir dövlət kimi tarixə düşmüşdür. Arxeoloji qazıntılar sübut edir ki, ən qədim dövrlərdə bu ərazi keçilməz bataqlıqlardan ibarət olmuşdur. Tarixçilərin fikrincə, İkiçayarasının cənub hissəsi Fərat və Dəclə çaylarının gətirdikləri çöküntülərdən əmələ gəlmişdir, torpağı isə gillidir. Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, torpaq keçilməz palçığa çevrilir. Yazda Ardı »

FəlsəfəDialektik fəlsəfənin kateqoriyaları. Zərurət və təsadüf

Məlum olduğu kimi, kerçəkliyin hansı sahəsini öyrənib öyrən­məməsindən asılı olmayaraq hər bir elm təkcə qanunlardan deyil, həm də müəyyən kateqoriyalar– yəni ümumi anlayışlar sistemindən istifadə edilir.
Ümumiyyətlə, fəlsəfi kateqoriyalar gerçəkliyin ümumi cəhət­lərini və əlaqələrini, tərəflərini və xassələrini əks etdirən anlayış­lar­dır. Biz artıq bu kateqoriyalardan təkcə, xüsusi və ümumi haqqında qısa da olsa məlumat vermişik. Əslində dialektikanın kateqoriyaları insanların min illər boyu davam edən təcrübəsinin, onların əmək fəaliyyəti və idrakının yekunu, ümumiləşdirilməsidir. Bəzi tədqiqat­çı­la­rın fikrincə, dünyanı dərk etməyin pillələridir. Həmin kateqo­riyalardan zərurət və təsadüf, azadlıq və zərurət, azadlıq və mə­suliyyət, forma və məzmun, mahiyyət və hadisə, səbəb və nəticə, imkan və gerçəklik haqqında Ardı »

FəlsəfəDialektika

Dialektikanın özünəməxsus tarixi vardır. Qədim Yunanıstanda dialektika dedikdə (yunanca mübahisə aparmaq sənəti, mühakimə yürütmək deməkdir) elmi müsahibə, mübahisə etmək sənətini başa düşürdülər. Qərb fəlsəfəsində və elm məktəbində sübut nəzəriyyəsi kimi mövcud olmaqdadır. Dialektika ideyaları fəlsəfənin bütün tarixi ərzində inkişaf etmişdir.

Hegelin dialektikası idealist dialektika olmaqla dialektikanın ikinci mühüm tarixi formasını təşkil etmişdir. K.Marks və F.Engels tərəfindən yaradılan dialektika dialektikanın üçüncü tarixi formasını tışkil edir. Bununla belə dialektikanın müxtəlif variantları da ola bilər. Məsələn, neqativ dialektika, antinomik dialektika, paradoksal dialektika vardır. Dialektika nəzəriyyə və metodun üzvi vəhdətindən təşkil olunmuşdur.

Dialektika qarmaqarışıq, nizamsız, dövrəvi, funksional olan istənilən hərəkəti qəbul etməklə yanaşı, onların hərəkətindəki qayıtmazlığı, istiqamətliliyi, Ardı »

FəlsəfəDialektik ziddiyyətlər qanunu

Bu qanun indiyə qədər mövcud olan fəlsəfi ədəbiyyatda «əks­liklərin vəhdəti və mübarizəsi» qanunu kimi verilmişdir. Bu, ən ümu­mi qanundur. Əgər bu qanun və onun haqqında biliklərin for­ma­laşması məsələsini nəzərdən keçirsək, mütləq tarixə müraciət etməliyik.
Hələ qədim zamanlardan insanlar belə bir cəhətə fikir verir­dilər ki, bizi əhatə edən son dərəcə çoxcəhətli aləmdə əks xassələr, qüvvələr və meyllər aydın görünür və xüsusilə mühüm rol oyna­yırlar. Həm də müşahidə edilmişdi ki, əks başlanğıclar nəinki yanyana– mövcuddur, həmçinin bunlar qarşılıqlı surətdə bir– birilə bağlıdır. Eyni bir predmetdə, yaxud hadisədə meydana gəlir, bu və ya digər şeyin, yaxud bu və ya digər prosesin müxtəlif cəhətlərini təşkil edirlər.Qədim Ardı »

FəlsəfəOrta əsr Qərbi Avropa fəlsəfəsi

Orta əsrlər dövründə həm Qərbdə, həm də Şərqdə feodalizm cəmiyyətinin hakim ideologiyası dindən ibarət olmuşdur. Fəlsəfi fikrin əsas çıxış nöqtəsini və obyektini müqəddəs yazıların ehkamları təşkil edirdi. Orta ğsrlər dövrünün fəlsəfi fikri isə öz kökləri ilə monoteizmlə, təkallahlılıqla bağlıdör. Fəlsəfənin inkişafı udaizm, xristianlıq və islam dini ilə bilavasitə bağlıdır. Qədim dövrlərin fəlsəfəsindən fərqli olaraq orta əsrlər fəlsəfəsi monoteizmə əsaslanan teosentrik xarakter daşıyır. Burada bütün mövcud olanların əsasında təbiət deyil, ilkin əsas və səbəb olan Allah durur. Avropada fəlsəfi fikir isə xristianlıq vəhyi və antik fəlsəfənin idealist ənənələri arasında inkişaf etmişdir. Xristian dini ehkamları sistemində kreasionizm (yaradan, quran, xəlq edən) dünyagörüşü mühüm Ardı »

FəlsəfəModernizm

XX əsrin ictimai-siyasi, iqtisadi, mədəni, elmi-texniki sahələrində baş verən köklü keyfiyyət dəyişiklikləri incəsənətə böyük təsir göstərmişdir. Qarmaqarışıqlıq ideyası, yəni varlığın irrasional, dərkedilməz, absurd olması anlayışı və insanın dünya ilə əlaqəsinin pozulması Modernizmin əsas ideyalarındandır. Bütün mədəniyyət xadimlərinin yaradıcılığı keçmişdə qaldı, varlığı tam əhatə edən əsərlər artıq yoxdur. Bədii əsərlərin mövzusu, modernistlərə görə, elmi tədqiqatın və fəlsəfi əsərlərin mövzusu kimi dar, natamam, tək, təsadüfi, xarici, empirik məlumatlar ilə məhdudlaşır. İncəsənətin və fəlsəfənin xarakterlərinin oxşarlığını qeyd edərkən, onların eyni zamanda bir-birindən kəskin fərqləndiklərini də nəzərə almaq lazımdır. Modernistlər göstərirlər ki, əgər incəsənət əsəri hətta dar, na-tamam, məhdud sahədə gerçəkliyi əks etdirərkən öz simasını Ardı »

Fəlsəfəİslam fəlsəfəsi

İslam və ya müsəlmançılıq, 3 dünya dinlərindən biri olmaqla 7-ci əsrdə Ərəbistanda yaranmışdır. İslamın əsasını Məkkə qəbiləsi, Küreyştlərə mənsub haşimilər tayfasından olan Məhəmməd tərəfindən qoyulmuşdur.Müsəlman dini təliminin əsas mənbəyi «Quran» əzəli, yaradılmamış vəhy kimi başa düşülür. Dinin digər mənbəyi «Sünnə»dir (peyğəmbərin həyatından və fəaliyyətindən, nitqindən bəhs edən kitab). Sünnə mətnlər-hədislər toplusundan ibarətdir. İslamın ən mühüm prinsiplərindən biri qəti təkallahlıqdan ibarətdir və bu prinsipin islamda tam və şərtsiz xarakter daşıyır. Müsəlman dininin ən mühüm anlayışları bunlardır: «İslam», «Din», «İman».
Sözün geniş mənasında İslam Quran qanunlarının bərqərar olduğu və təsir etdiyi bütöv bir dünyanın əhatə olunmasıdır. İnsanların xilas olmağa doğru aparan din, allahın Ardı »