Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fəlsəfəİnsanın mənşəyi və cəmiyyətin formalaşması

İnsanın mahiyyətini, onun mənşəyini, cəmiyyətin yaranmasını dərindən öyrənmək üçün antropososiogenezisi bilmək lazımdır. Antropososiogenezis sözü üç sözün birləşməsindən əmələ gəlmişdir. Antropo – insan, sosio – cəmiyyət, genezis – mənşə deməkdir. Antropososiogenezis dedikdə insanın və cəmiyyətin mənşəyi nəzərdə tutulur. Antropososiogenezis dedikdə insanın İnsanın mahiyyətini, onun mənşəyini, cəmiyyətin yaranmasını dərindən öyrənmək üçün antropososiogenezisi bilmək lazımdırfiziki tipinin əmələ gəlməsini, onun əmək fəaliyyətinin, nitqinin və eləcə də cəmiyyətin inkişaf mərhələlərinin başlanğıcı onların təkamül prosesini və qanunauyğunluqlarını öyrənir. Antropoloji prosesdə insanın təkamülündə tarixi inkişafında əsas amil əmək fəaliyyəti olmuşdur.
İnsanın əmələ gəlməsi ilə əlaqədar fikirlər bir-birini əvəz edən mərhələlərə bölünür:
1) İnsanın antropoid əcdadı-müntəzəm surətdə təbii əşyalardan istifadə Ardı »

FəlsəfəQədim şərq fəlsəfəsi

Qədim şərq ölkələrinin fəlsəfəsi fəlsəfəyə qədərki şüurdan aydın şəkildə fərqlənmirdi, şox hallarda adi əxlaqi şüurdan (Çində) və dini mifoloji şüurun qarışığından (Hindistan) ibarət olurdu. Lakin həmin ölkələrdə, dünyaya bu və ya digər münasibətdə az və ya şox dərəcədə fəlsəfi şüur elementləri mövcud olmuşdur. Eramızdan əvvəl IV minilliyin sonu və III mininilliyin əvvəllərində qədim Misirdə və babilistanda dünyanın anlaşılmasına dair ibtidai, sadəlövh baxıçlar bir tərəfdən mifologiya və dinə, digər tərəfdən isə riyaziyyat, astronomiya və astrologiyaya əsaslanırdı.
Qədim Babilistanda da danışılan dövrdə dünya haqqında sadəlövh baxışlar «Ağa ilə qulun söhbəti», «Çarəsizin öz ruhu ilə söhbəti» adlı abidələrdə irəli sürülmüşdür. Orada maddi və axirət Ardı »

FəlsəfəƏxlaq və ictimai şüurun digər formaları

Əxlaq – ictimai şüurun qədim formalarından olub, insanlar arasındakı qarşılıqlı münasibətlərin xüsusiyyətlərini əks etdirir və tənzimləyir. Əxlaqi münasibətlərin rüşeymləri insan cəmiyyətinin formalaşmağa başladığı ilk çağlardan yaranıb. İbtidai dövrdə görülən bir çox işlər, məsələn, yem axtarma prosesi, bu zaman görüləcək işlərin planlaşdırılması və razılaşdırılması, əməyin bölünməsi, əmək alətlərinin hazırlanması təcrübəsinin yayılması zərurəti insanlar arasında olan qarşılıqlı münasibətlərin tənzimlənməsini tələb edirdi. Adətlər şəklində reallaşan bu cür tənzimlənmə ibtidai cəmiyyətin ilk əxlaq normalarına çevrilir. Adətlərin şüurlu surətdə nəsildənnəslə ötürülməsi və qorunması, mövcud quruluşa münasibətin formalaşması əxlaqın yaranmasına səbəb olur, əxlaqi təcrübəni praktik cəhətdən ümumiləşdirir və hamı üçün vacib edir.
Əxlaq da ictimai şüurun digər Ardı »

FəlsəfəMilet məktəbi

Qədim Yunan fəlsəfəsi Yunanıstanın özündə deyil, Kiçik Asiyanın Qərb sahilindəki İoniya şəhərində meydana gəlmişdir. Bu şəhərlərin əsasını yunanlar qoymuşdur. Ticarət yolları üzərində yerləşən bu şəhərlər xeyli inkişaf etmişdi. Onlardan biri də Milet şəhəri idi. İlk fəlsəfi məktəb həmin şəhərdə, yunanların «yeddi müdrik» içərisində saydığı ilk filosof Fales (b. er. əv. 625– 547) tərəfindən yaradılmışdır. Fales Babilistan və Misir dinləri və elmləri ilə tanış idi, Misir kahinlərindən, riyaziyyat və astronomiyanı öyrənmişdir. Bu biliklərə əsaslanaraq o, günəşin tutulmasını qabaqcadan xəbər vermişdi. Falesin əsərləri bizə çatmasa da, Layertli Diogenin və Aristotelin onun haqqındakı məlumatları bizim üçün çox qiymətlidir. O, ticarətlə məşğul olaraq çoxlu sərvət Ardı »

FəlsəfəPlaton məktəbi

Platonu (b . er . əv. 427– 347) Avropa fəlsəfəsinin banisi hesab edirdilər. Zədəgan ailəsində anadan olan Platon həyatının çox hissəsini Afinada keçirmiş, burada Akademiya adlanan məktəbi yaratmışdır. Filosof dialoq formasında əsərlər yazmış (əsərdə baş obraz Sokrat olmuşdur), elə sağlığında da məşhurlaşmışdır. İki ən böyük əsərini dövlət haqqında təlimə həsr etmişdir. «Qanunlar» əsərini tamamlamamış ölmüşdür. Afinada fəlsəfə müəllimi kimi məşhur olan Platon tədrisindən yığılan pullara torpaq sahəsi almış, orada da özünün məktəbini təsis etmişdir. Aldığı torpağın sahibinin adı Akadem olduğundan, məktəb də Akademiya adlanmışdır. Fəlsəfədən başqa məktəbdə riyaziyyat da tədris edilirdi. Aristotel burada natiqlik sənətindən dərs deyirdi. Akademiya bir növ zəmanəsinin Ardı »

FəlsəfəAntik dövrdə etik fikir

Qədim Yunanıstan. Həm ibtidai, həm də qədim dövrün əxlaq problemləri nəinki mifologiya, epos, poeziya və dramaturgiyada, həmçinin antik mütəfəkkirlərin ilk fəlsəfi konsepsiyalarında öz əksini tapdı. E.ə. VII əsrdə mövcud olan və ilk fəlsəfi məktəb sayılan Milet məktəbinin nümayəndələrinin (Fales, Anaksimandr, Anaksimen) sadəlövh materializmi və Efesli Heraklitin dialektikası mifoloji ənənələri inkar etdi.

E.ə. IV–III əsrlərdə Afina fəlsəfi mərkəz oldu. Bu, əvvəlcə digər pólislərdən (şəhər–dövlətlər) olan sofistlərin (məsələn, Abderdən Protaqor, Leontindən Qorgi, Keosdan Prodik, Eleydən Gippi) və onlarla daim mübahisə edən Sokratın, sonra isə Platonun Akademiyasının və Aristotelin Likeyinin fəaliyyəti nəticəsində baş verdi. Sokratın söhbətləri, Demokrit və sofistlərin təlimləri ilə yanaşı kirenaiklər (Sokratın şagirdi Ardı »

Fəlsəfəİdeologiya total düşüncə tərzi kimi

İdeologiya varlığa münasibətin bir formasıdır. Hər bir ideologiya dünyaya öz pəncərəsindən baxır. Həyatın hər sahəsində ideologiyanın öz programı olur. İdeologiya həyatı bu program əsasında qiymətləndirir. Ən maraqlısı odur ki, hər bir ideologiya özünün həqiqət olduğunu iddia edir. Siyasətdən tutmuş, etik və estetik dəyərlərədək ideologiyanın öz baxışı olur. Hər bir ideologiya həm də metafizikadır. Onun substansiyası var və dünyanın bu sunbstansiya əsasında konstruksiya edir. (Əslində isə mən bunu dünyanın dekonstruksiyası kimi qiymətləndirirəm). Onun özünəməxsus fəlsəfi mənzərəsini yaradır. İdeologiyalar insanlara xoşbəxtlik bəxş edəcəyini vəd edir. İnsanların, cəmiyyətin gələcəyi ilə bağlı prognozu olmayan, bir utopiyaya sahib olmayan fikir idologiya hesab oluna bilməz. İdeologiyanın yaranmasına Ardı »

FəlsəfəXX əsrdə fəlsəfi cərəyanlar

a) XX əsr fəlsəfəsinin ümumi xarakteristikası;
b) «Həyat fəlsəfəsi», Şopenhauer və Nitşe;
c) Freydizm və yeni Freydizm;
ç) Neopozitivizm;
d) Elmin fəlsəfəsi;
e) Fəlsəfi antropologiya;
ə) Ekzistensializm;
f) Personalizm;
g) Praqmatizm;
ğ) Neotomizm;
h) Sovet fəlsəfəsi.

a) XX əsr fəlsəfəsinin ümumi xarakteristikası
XX əsr fəlsəfi fikrinin inkişafında başlıca fərqli cəhət rəylərin plüralizminin, çoxsaylı fəlsəfi məktəb və cərəyanların mövcudluğudur. Təbiətşünaslığın nailiyyətlərindən, ilk növbədə fizika, kimya və biologiyanın uğurlarından fəlsəfi konsepsiyaların yaradılmasında fəal surətdə istifadə olunur. Fəlsəfə varlıq haqqındakı mövcud olan təsəvvürləri daha da dərinləşdirərək, materiyanın mürəkkəb quruluşuna daxil olur, insanın mövcudluğunu daha aydın dərk etməyə çalışır, elmi təhlil və sosial praktikanın nəticələrini birləşdirmək yolu ilə ictimai inkişaf problemlərini həll etməyə çalışır. Səciyyəvi cəhət odur Ardı »