Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FəlsəfəOrta əsrlərdə və Yeni dövrdə etik fikir

Orta srlərdə istər Şərqdə, istərsə də Qərbdə, yəni Avropa ölkələrində etik fikir dini ideologiya çərçivəsində inkişaf edirdi. Kökləri eranın əvvəllərində Şərqin mistiklərindən başlayan dini-etik təlimlərin və xristianlığın ideya mənbələrindən biri stoiklərin fəlsəfəsi oldu. Məsələn, İskəndəriyyəli Filon (təxm. e.ə. 25 – təxm. e.ə. 40) Bibliyanı və yunan mifologiyasını şərh edərək dini etikanı ehtiyatla təbliğ edirdi. Onun fikrincə, heç olmasa bir gün yaşayan insan artıq günahsız deyil. İnsanların mənəvi həyatının əsas vəzifəsi Allahı təqlid etməkdir. Dinə tabe edilən əxlaq teoloji xarakter daşıyırdı. İlk yarandığı vaxtlar xristian əxlaqı əsasən demokratik və proqressiv idi. Xristian etikasının ən böyük nailiyyətlərindən biri bütün insanların Allah qarşısında bərabər Ardı »

FəlsəfəXX əsr Qərb fəlsəfəsi

Müasir Qərb fəlsəfəsində müxtəlif, bəzən də bir-birinə birbaşa əks cərəyanlar mövcuddur. Bu fəlsəfənin müxtəlif qolları, idealizm ilə materializm arasında gedən mübarizədən meydana gəlir. Bu cərəyanlardan «neopozitivizm», «praqmatizm», «ekzistensializm», «personalizm» və «neotolizm» və başqaları əsas yer tutur.

«Neopozitivizm» cərəyanı ingilis dilli ölkələrdə geniş yayılmışdır. Onun görkəmli nümayəndələri P.Karnap, A.Ayer, B.Rassel, L.Vitgensiteyn və başqaları olmuşdur. Məntiqi pozitivizm özünü materializm ilə idealizm arasında gedən mübarizənin fövqündə durduğunu bəyan edərək fəlsəfənin sinonimi kimi başa düşülür. Məntiqi pozitivizm «hadisələri və faktları», daha doğrusu subyektin şüurundakı «hissi məlumatları» hər cür idrakın ilkin şərti hesab edirdi. Bu cərəyanın xüsusiyyətlərindən biri obyekti onun haqqında fikirlə, nəzəriyyə ilə eyniləşdirməsidir. Bu cərəyanın Ardı »

Fəlsəfəİnformasiya cəmiyyəti

a) Elmi- texniki inqilab və onun sosial nəticələri

Elmi texniki inqilaba qədər bəşəriyyət artıq iki inqilab gör­müş­­dür. Bunlardan birincisi neolit dövründəki aqrar inqilabı, ikin­cisi isə 18-19-cu əsrlərin sənaye inqilabı idi. 20-ci əsrin 2 yarısında elmi-texniki inqilab cəmiyyətin məhsuldar qüvvələrinin inkişafında köklü texnoloji çevriliş idi. ETİ-nin 20-ci əsrin 2-ci yarısında baş verən əsas texnoloji məzmunu elmin cəmiyyətin bilavasitə məhsuldar qüvvələrinə çevrilməsi olmuşdur. Sistematik elmi biliklər tədricən cəmiyyətin digər ənənəvi mənbələri o cümlədən təbii resurslar və xammal, əmək və kapital ilə yanaşı maddi rifahın yüksəlişinin həlledici faktoruna çevrilmişdir. Maddi və əhəmiyyətli dərəcədə mənəvi istehsal tədricən müasir elmin praktiki tətbiqi sahəsinə çevrilib. Bu zaman elm Ardı »

FəlsəfəPlato fəlsəfəsi və yeni platoçuluq

Plato (e.ə. 427-347) qədim Yunanıstanın ən böyük mütəfəkkirlərindən biri olmuşdur. O afinalı idi və siyasi baxışlarına görə afina demokratiyasının tərəfdarı kimi tanınmışdı. Onun müəllimi Sokrat olmuşdur. Daha sonra Plato, Siciliyada və Cənubi İtaliyada olarkən, pifaqorçuların dünyagörüşü ilə yaxından tanış olmuşdur. E.ə. 387 ildə, Afinaya qayıdandan sonra, Plato bu şəhərdə “Akademiya” adlanan öz məktəbini yaratmışdır. Onun bizim zamanımıza qədər bir sıra əsərləri və məktubları çatmışdır.

Öz fəlsəfəsində Plato, düşüncələrini insan, dövlət və cəmiyyət problemlərinə yönəltmişdir; formal deyil, həqiqi biliyin əldə edilməsinin tərəfdarı idi.

Plato hesab edirdi ki, yaşadığımız dünya həqiqi dünya deyil, çünki burada hər şey müvəqqəti və dəyişkəndir. Dünyada hər bir şeyin əsl Ardı »

FəlsəfəYeni dövr Avropa fəlsəfəsi

a) Yeni dövr fəlsəfəsinin səciyyəvi xüsusiyyətləri;
b) F.Bekon və onun induktiv metodu;
c) R.Dekart;
ç) B.Spinoza. «Azadlıq dərk edilmiş zərurətdir»;
d) «Monadologiya» və onun müəllifi Leybnits;
e) C.Lokkdan Kanta qədər.

a) Yeni dövr fəlsəfəsinin səciyyəvi xüsusiyyətləri

Orta əsrlərdən sonra başlanan dövrü adətən «Yeni dövr» adlandırırlar. XV əsrdən başlayaraq Avropanın sosial– iqtisadi və mənəvi həyatında mühüm dəyişikliklər onun mənəvi simasını yeni cizgilərlə zənginləşdirdi. Bu cizgilərdən ikisi mühüm əhəmiyyətə malik olmuşdur. Bunlardan birincisi, kilsənin nüfuzunun getdikcə aşağı düşməsi, ikincisi isə elmin rolunun artması hesab olunur. Lakin digər cəhətlər də bu cəhətlərlə bağlı idi. Mədəniyyətdə dünyəvi elementlər dini elementləri sıxışdırmağa başlamışdı. Dövlət uzun müddət kilsənin əlində olan funksiyaları ələ keçirərək idarəçilik Ardı »

FəlsəfəŞəxsiyyətin azadlığı və məsuliyyəti

Şəxsiyyət azadlığı fəlsəfi, dini, etik, sosial, siyasi və iqtisadi aspektlərə malikdir. Onun fəlsəfi aspekti insanın öz davranışlarında müstəqil olması və ya onun determinasiya olmasından ibarət olan iradə azadlığının şərhi ilə birbaşa əlaqədardır. Bununla əlaqədar determinizm və indeterminizm konsepsiyaları bir-birindən fərqlənirlər.
Azadlıq hər şeydən əvvəl, dərk edilmiş zərurətdir (qanunauyğunluqdur), ikincisi, həmin idrakın nəticələrindən əməli surətdə istifadə etməkdən, yəni işi bilməklə qərar qəbul etməkdən ibarətdir.Determinizm (lat. müəyyən edirəm) konsepsiyası universal səbəb-nəticə əlaqələrinin insanın davranışlarının, fikirlərinin, motivlərinin müəyyən etməsindən çıxış edir.
İnderteminizm konsepsiyası isə ya mövcudluqların səbəblə müəyyən edilməsini tamamilə inkar edir, ya səbəbiyyəti şüur sahəsinə aid edir.
Azadlıq hər şeydən əvvəl, dərk edilmiş zərurətdir Ardı »

Fəlsəfəİctimai inkişafın Marks konsepsiyası

Hazırda ictimai inkişafın ən çox yayılmış konsepsiyası Marks və Engels tərəfindən irəli sürülmüş konsepsiyadır. Həmin konsepsiyanın inkişafında sovet ictimaiyyətşünasları– filosofları, tarixçiləri, iqtisadçıları, sosioloqları mühüm rol oynamışdır. Marksizm cəmiyyət haqqında elmi tarixi materializm adlandırmışdır.
Tarixi materializmin əsas müddəaları K.Marks və F.Engels tərəfindən XIX əsrin 40– cı illərindən başlayaraq «1844– cü il iqtisadi– fəlsəfi əlyazmaları», «Müqəddəs ailə», «Alman ideologiyası» kimi əsərlərində, xüsusilədə ən mükəmməl şəkildə «Fəlsəfə yoxsulluğu»nda və «Kommunist Partiyasının manifesti»ndə ifadə edilmişdi. Tarix, ictimai inkişaf haqqında yeni baxış əvvəlcə ancaq fərziyyə və metod idi, lakin elə bir metod idi ki, bunlar ilk dəfə olaraq tarixə ciddi elmi surətdə yanaşmaq imkanı yaratmışdı.
Marks Ardı »

FəlsəfəAntik fəlsəfənin inkişaf mərhələləri

Bizim er. əvvəl VI əsrin birinci yarısında antik fəlsəfə Elladanın Kiçik Asiya hissəsində, daha dəqiq desək İyoniyada– Milet şəhərində yaranmışdır. Təsadüfi deyildir ki, ilk yunan fəlsəfi məktəbi Milet məktəbi adlanır. Həmin məktəbin böyük nümayəndələri Fales, Anaksimandr, Anaksimen və onların şagirdləri olmuşdur.
Antik fəlsəfə fəlsəfənin ayrıca bir fənn kimi meydana gəlməsini ifadə edir. «Antik fəlsəfə» anlayışı altında Qədim Yunanıstanda və Qədim Romada yaranan fəlsəfə nəzərdə tutulur. Yunan fəlsəfəsi yunan mifologiyasının təsiri altında formalaşmışdır. Yunan mifologiyası isə, öz növbəsində, Homerin «İliada» və «Odisseya», Hesiodun (e.ə. VIII– VII əsrlər) epik əsərlərində öz əksini tapmışdır. Əgər Yunan– Roma fəlsəfəsini inkişaf mərhələlərinə bölsək, aşağıdakı mənzərə alına bilər. Ardı »