Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FəlsəfəQədim hind fəlsəfəsi

Bəşəriyyətin fəlsəfi fikri qəbilə– tayfa münasibətlərinin dağılması ilk sinfi cəmiyyətlərin və dövlətin əmələ gəlməsi ilə eyni dövrdə formalaşmağa başlamışdır. Bəşəriyyətin çoxminillik təcrübəsini ümumiləşdirən ayrı– ayrı fəlsəfi ideyalara Qədim Misirin və Qədim Babilistanın ədəbi abidələrində rast gəlmək mümkündür.
Qədim Şərq ölkələrində yaranan fəlsəfə ən qədim fəlsəfə hesab olunur. Bunlar Misir, Babilistan, Hindistan və Çində yaranmışdır. Lakin bir sıra tarixi səbəblər ucbatından Qədim Babilistan və Misirdə fəlsəfi məktəblər yarana bilməmişdi. Bütün ölkələrdən əvvəl fəlsəfi məktəb və ənənələr Qədim Hindistanda yaranıb inkişaf etmişdir.
Hind fəlsəfi mədəniyyəti abidələrində qeyd edildiyi kimi, II və I minilliyin başlanğıcında orada fəlsəfi məktəblər yaranmışdır. Həmin dövrdə maldar tayfalar olan Ardı »

FəlsəfəAzərbaycanda sufizm

Azərbaycanda Təsəvvüf hərakatları 8-ci 10-cu əsrlərdə başlamışdır. Azərbaycanda yaşadıqları bilinən ilk sufilərin bəziləri bunlardır: Əbu Hüseyn Dündari Şirazi, Hüseyn Yəzdinyar, Əbu Həsən, Əbü Züra, Əbu Abbas, Əbu Səid Abdal Bakuvi, Əbu Abbas Əhməd, Ahi Fərəc Zəncani, Xacə Məhəmməd Xoşnam, Balə Xəlil Mərəndi, Əbu Bəkr Şami. 11-ci əsrdə Azərbaycanda Əbu Səid Əbulxeyrin davamçıları olan iki qardaş sufi də yaşamışdır; Baba Kuhi kini tanınan Əli Məhəmməd Abdullah Bakuvi və Qaraşı Hüseyn Şirvani. Əbu Səidin Azərbaycanda bir çox müridi və təkyəsi old u Ardı »

Fəlsəfə17-ci əsr ingilis fəlsəfəsi

Böyük ingilis filosofu Frensis Bekon (1561- 1626) empirizm metodunun banisi hesab olunur. O, eyni zamanda müasir induktiv metodun və elmi fəaliyyət prosesinin məntiqi sistemləşdirilməsinin əsasını qoyandır (O, alim kimi təcrübə apararkən güclü soyuqdəymədən ölmüşdür). Onun «Yeni orqanon», «Ləyaqət və elmin inkişafı haqqında» əsərləri çox məşhur olmuşdur. «Ləyaqət və elmin inkişafı haqqında» əsərləri bir sıra cəhətlərdən olduqca müasirdir. «Bilik qüvvətdir»- məşhur fikri ona məxsusdur. Həmin fikir biliyin praktiki əhəmiyyətə malik olduğunu göstərirdi. Ümumiyyətlə, hər şeydən əvvəl, Bekonun fəlsəfəsi praktiki əhəmiyyət daşımışdır. O, elmi biliklərin, kəşflərin köməyi ilə təbiət qüvvələrinə üstün gəlməkdə bəşəriyyətə yardımçı olmaq məqsədi güdür. Ortodoksal dinə etiqad etsə belə o Ardı »

FəlsəfəQədim Çin fəlsəfəsi

Qədim Çində, xüsusilə quldarlıq cəmiyyətinin formalaşdığı dövrdə (b.er.əv. VIII– VI əsrlərdə) ideologiyada iki tendensiya hökm sürürdü. Bunlar mühafizəkar və mütərəqqi, mistik və materialist xətlər idi. Bu iki tendensiya arasında gedən mübarizə gedişində 5 dünya elementi (metal, ağac, su, od, torpaq) haqqında sadəlövh materialist ideyalar getdikcə daha geniş şəkildə yayılırdı. Həmin dövrdə, eyni zamanda iki zidd başlanğıclar (in və yan), təbii qanun (dao) və. s. haqqında II– I minilliklərin mövcud biliklərinin ümumiləşdirilməsi nəticəsi kimi təsəvvürlər geniş yayılmışdır.
Ümumiyyətlə, Çində fəlsəfi cərəyanların formalaşması b.er.əv. VI– V əsrlərə aiddir. Onlar Çin milli xarakterinin və sosial praktikanın bütün spesifikasını özündə əks etdirirdi. Çin fəlsəfəsi millətin patriarxal Ardı »

FəlsəfəFəlsəfədə varlıq və materiya problemi

Müxtəlif fəlsəfə məktəbləri və cərəyanlarının kateqoriya apparatı sistemində
sistemində varlıq kateqoriyası mərkəz yeri tutur. Varlıq sözü müxtəlif dünya dillərində təxminən «var olmaq», «mövcud olmaq», «üzə şıxmaq», «reallıq» mənalarını verir. Müasir fəlsəfə ədəbiyyatında varlıq anlayışı iki mənada:
1) Dar mənada şüurdan asılı olmadan mövcud olan obyektiv reallıq;
2) Geniş mənada materiya , şüur, ideyalar, hisslər, insanların fantaziyaları kimi işlədilir.
Varlığın anlaşılmasını Platon xeyli genişləndirmışdir. O, fəlsəfə tarixində ilk dəfə göstərmişdir ki, yalnız maddı şeylər deyil, həm də ideal olanlar varlığa malıkdirlər.
Orta əsrlərin xristian fəlsəfəsində Allahın varlığından ibarət olan «həqiqi» varlıq «qeyri-həqiqi» varlığa qarşı qoyulur və göstərilir ki, bütün qeyri-həqiqi varlıqları Allah yaratmışdır. Burada Ardı »

FəlsəfəVarlıq maddi reallıqdır; dünyanın maddi vəhdəti

Artıq qeyd etdik ki, varlıq problemi və onun dərk edilməsi praktik olaraq mədəni insanın formalaşması ilə birlikdə yaranışdır (bizim fikrimizcə mədəni insan bəşər inkişafının elə bir mərhələsində yaranıb ki, artıq bu dövrdə o, öz həyatı və fəaliyyətində təkcə təbiətdən ona verilən bioloji instiktlərlə deyil, həmçinin şüurlu korrektivlər edir və yaşadığı sosial mühit və təbiətlə «dil tapa bilir»).
Məlumdur ki, antik dövrün ilk müdrikləri ətraf mühit, onun yaranması, sonsuz və yaxud sonlu olması və necə adlandırılması mə­sələsi üzərində baş sındırmağa başlamışdılar. Bu nə qədər para­doksal görünür– görünsün, əslində müasir insanı bu və ya digər də­rəcədə elə həmin suallar maraqlandırır. O suallar içərisində Ardı »

FəlsəfəƏxlaqın mahiyyəti

Əxlaq bugünkü vəziyyətinə birdən-birə, «hazır şəkildə» gəlib çıxmamışdır. Primitiv norma və təsəvvürlərdən yetişməyə başlayan əxlaq, bəşəriyyətin bütün tarixi boyu mövcud olmuş və olduqca mürəkkəb, uzun və hətta çətin bir yol keçmişdir. Tarixi inkişafın hər bir pilləsində maddi və mənəvi istehsal prosesi zamanı insanlar müəyyən davranış normaları, prinsipləri, qaydaları, adət vəənənələr, dəblər yaratmışlar. Cəmiyyətin təşəkkül tapdığı ilk günlərdən insanlar bir-birilə münasibətlərini tənzim etmək üçün yaratdığı bu birgəyaşayış qaydalarına riayət edir, öz hərəkətlərində nəyin pis, nəyin yaxşı olduğunu, hansı hərəkətin bəyənilib-bəyənilmədiyini xeyir və şər kateqoriyaları vasitəsilə qiymətləndirmişlər.

İctimai şüurun qədim formalarından olan əxlaq insanlar arasındakı münasibətləri əks etdirir. Əxlaq insanların bir-birinə, dövlətə və Ardı »

FəlsəfəRealist, rasionalist filosof- Hegel

O, fəlsəfədə ilk dəfə olaraq dialektikanı sistemləşdirən, Marks və Engels kimi mütəfəkkirlərin özlərinə müəllim hesab etdikləri bir filosof idi. Lakin bütün bunlar kifayət deyil, sovetlər dönəmində Hegel idealist, mühafizəkar, mövcud mürtəce rejmin müdafiəçisi kimi təqdim olunur və tənqid edilirdi. Həmin dönəmin çap olunan bütün fəlsəfi-elmi kitablarına nəzər yetirsək, görə bilərik ki, Hegelin tənqidi eyni ssenari ilə davam edir.

Sovetler dönəmində nəşr olunan bir çox fəlsəfi əsərlərə müraciət etsək, görə bilərik ki, Hegel Şərqə, islam dininə neqativ münasibət bəsləyən, azadlıq məsələsinə idealistcəsinə yanaşan filosofdur. Yenə sual yaranır, görəsən, həqiqətənmi Hegel onu tənqid edənlərin düşündükləri kimi bir mütəfəkkir idi? Bütün bu sulalara cavab Ardı »