beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İspanaqlı şorba
İspanaqlı şorba

MATERİAL SİYAHISI:

1 su stəkanı qırmızı mərci
1 kartof
1 yerkökü
1 soğan
2 diş sarımsaq
1 su stəkanı ət suyu
Zeytun yağı
Duz
Su

ÜZƏRİ ÜÇÜN:

1 dəstə yabanı ispanaq yarpağı
2 xörək qaşığı kərə yağı

İÇİ:

Kartof və kökü soyuruq və kiçik kub şəklində doğrayırıq. Soğanı və sarımsağı rəndələyirik. Qazana zeytun yağı tökürük və soğanı sarımsağı qovururuq. Mərci əlavə edirik və qovururuq. Kartof və kökü qoyub qovururuq. İsti suyunu veririk. Duzunu atırıq, qapağını bağlayaraq bişməyə qoyuruq. Tərəvəzlər pörtən ət suyunu da tökürük.

Tərəvəzlər bişəndə əl blendırında keçirib hamar hala gətiririk. İsti suyla konsistensiyanı tənzimləyirik. Yabanı ispanaq yarpaqlarını nazik doğrayırıq. Tavaya kərə yağını qoyub əridirik, yabanı ispanaq yarpaqlarını kərə yağında qovururuq və şorbanı süfrəyə verərkən üzərinə tökürük.


Tarix: 08.04.2015 / 15:16 Müəllif: Nurana Baxılıb: 111 Bölmə: Şorbalar ve Helimler