beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Balqabaq şorbası resepti ))

Tərkibi:
500 qr balqabaq
300 qr kartof
1 ədəd baş soğan
30 qr kərə yağı
zövqə görə duz
zövqə görə qara istiot
zövqə görə muskat

Hazırlanması:
1. Payız fəsli müxtəlif növ meyvə-tərəvəzlərlə zəngindir. Və soyuq, yağışlı payız havasında onlardan istifadə etməyin əsl vaxtıdır. Bişmiş balqabaq qızdırma və öskürəkdə effektli təsirə malikdir. Balqabaq mürəbbəsi isə beyin fəaliyyətini qüvvətləndirir.


2. Balqabaq (boranı, qabaq) dərisindən və tumlarından təmizlənir, soyuq suda yuyulur və kubik şəklində doğranılır. Kartoflar həmçinin yuyulub təmizlənir və eyni qaydada kubik şəklində doğranılır. Kartof və balqabaq qazana qoyulur üzərinə soyuq su əlavə edilib qaz plitəsinə yerləşdirilir.


3. Soğan xırda doğranılır, kərə yağında tavada şəffaf rəng alana qədər qızardılır, sonra kartof və balqabaqa əlavə edilir. Açıq qapaqda və orta odda təqribi 20 dəqiqə bişirilir.


4. 20 dəqiqədən sonra blender vasitəsi ilə qazandakı tərəvəzlər xırdalanır, duz və istiot əlavə edilib yenidən 5-7 dəqiqəlik bişirilir.


5. Süfrəyə verildikdə zövqə görə müxtəlif ədviyyatlar, limon şirəsi və ya zeytun yağı əlavə etmək olar.

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:51 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Şorbalar ve Helimler