Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sultan Mahmud ibn Qazi bəy

Sultan Mahmud – Şirvanşahlar dövlətinin otuz doqquzuncu hökmdarı, Şirvanşah Qazi bəyin oğlu.

Fəaliyyəti
Məhəmməd Qazi bəy (1502-ci ilin birinci yarısı) öldürüldükdən sonra Şirvanşahlar taxtını onun qiyamçı oğlu, mənbələrdə "yalançı və qan içən müstəbid" adlandırılan Sultan Mahmud ibn Qazi bəy tutdu. Münəccimbaşının məlumatına görə onun hakimiyyəti cəmi bir neçə gün – Şirvan əhalisi üsyan qaldıraraq Gilana, onun əmisi Şeyxşaha sifariş göndərərək, onu Şirvana qayıdıb, Şirvanşahlar taxtına sahib durmağa dəvət edənədək çəkdi. Cənnabi isə xəbər verir ki, Sultan Mahmud Şirvanşahlar taxtında bir neçə ay oturmuşdur. Şeyxşahın Şirvana qayıtdığını və xalqın onun tərəfinə keçdiyini bilən Sultan Mahmud ölkəni tərk edərək Azərbaycana, Şah İsmayılın yanına qaçdı və orada sığınacaq tapdı.

Sultan Mahmudun hakimiyyəti cəmisi bir neçə ay çəkmişdir. Bakı dəfinəsində h.907-ci ildə (1502-ci ilin birinci yansı) kəsilmiş sikkələr qalmışdır. Sikkənin üz tərəfində üç sətirlik yazı vardır: 907-ci ildə Şamaxıda kəsilmişdir və "Əlahəzrət Sultan Mahmud, Allah onun hakimiyyətini əbədi etsin". Əks tərəfdə isə ənənəvi din rəmzi və dörd xəlifənin adı həkk olunmuşdur. Bakı dəfinəsində bu Şirvanşahın adından h.908 (1502)-ci ildə kəsilmiş eyni məzmunlu sikkə nüsxələri də tapılmışdır. Lakin onların üz tərəfində "sultan" adının üstündə (adil) sözü var.


Tarix: 11.02.2015 / 18:58 Müəllif: Feriska Baxılıb: 127 Bölmə: Şirvanşahlar dövləti
loading...