Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanşahlar dövlətiQara Yusifin Şirvan yürüşü

Qaraqoyunlu Qara Yusiflə qarşıdurma vəziyyətində olan Cəlairi Sultan Əhməd Təbrizi tərk etməzdən əvvəl Şirvanşah İbrahimdən yardım istəmiş, o isə dərhal oğlu Kəyumərsin (mənbələrdə həm də Gövhərşah adı ilə qeyd edilir) başçılığı ilə Şirvan qoşunlarını köməyə göndərmişdi. Sultan Əhmədin məğlub olduğu gün Kəyumərs Təbrizin həndəvərinə gəlib çatdı. Gecə o, Qara Yusifin qoşunlarının qəfil hücumuna məruz qalaraq əsir alındı. Qara Yusifin əmri ilə Kəyumərs Ərciş qalasına salındı. Vəziyyətin belə olduğunu görən Şirvanşah oğlunun geri qaytarılması üçün böyük məbləğdə pul təklif etdi. Lakin Qara Yusif Kəyumərsi təmənnasız buraxdı və onunla atası Şeyx İbrahimə tabe olmaq tələbi ilə məktub göndərdi. Şirvanşah I İbrahim oğlu Kəyumərsin Ardı »

Şirvanşahlar dövlətiI İbrahim (şirvanşah)

I İbrahim — Şirvanşahlar dövlətinin 34-cü hökmdarı. Şirvanşah Şeyx İbrahim Dərbəndilər sülaləsindən olan ilk hökmdardır. Məzyədilər və onun qolu olan Kəsranilər sülalələrinə qohum olan Dərbəndilər sülaləsi etnokonsolidasiya prosesi nəticəsində Azərbaycanın yerli əhalisi qarışaraq öz ərəb simasını itirmiş və türkləşmişdir.
Taxta çıxması[redaktə]
Huşəng 1382-ci ildə öldükdən sonra Şirvan feodalları onun əmisi oğlu İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubadı hökmdar seçdilər. Münəccimbaşıya görə Şeyx İbrahim Məzyədilər sülaləsinin qohumu olan Dərbəndi Şirvanşahları sülaləsinin ilk nümayəndəsidir. O və onun atası Sultan Məhəmməd ibn Keyqubad Kavus və Huşəngdən ehtiyat edərək Şəki kəndlərinin birində gizlənmişdilər. Əhməd Qaffarinin məlumatına görə, Şeyx İbrahimin atası oradaca ölmüş, Şeyx İbrahim isə Huşəngin ölümünə Ardı »

Şirvanşahlar dövlətiI Xəlilullah

Ailəsi[redaktə]
Şirvanşahlar sarayı ərazisində Şirvanşah Xəlilüllahın h.839 (1435/6)-cu ildə anası və oğlu üçün tikdirdiyi türbədə onun bir sıra ailə üzvlərinin qəbirləri aşkar edilmişdir. Bədr Şirvaninin divanındakı bir sıra mədhiyyə, mərsiyə və xronoqramlardan Xəlilüllahın bəzi ailə üzvlərinin adlarını aydınlaşdırmaq mümkündür. Şirvanşahın anası – Bikə xanım (ölüb h.839 (1435/6)-cu il); onun oğlanları – Fərrux Yəmin (doğulub h.839 (1435/6)-cu il – ölüb h.846 (1442/3)-CJ ildə, yeddi yaşında); Şeyx Saleh (doğulub h.847 (1443)-ci il – ölüb h.849 (1445/6)-cu ildə, 2 yaşında), şairin Mir Bəhram, Əmir Bəhram adlandırdığı h.850-ci il məhərrəm ayının 20-də (17 aprel 1446-cı il) Qaytaq düzündə gənc yaşında həlak (şəhid) olmuş Bəhram. Bədr Şirvani Ardı »

Şirvanşahlar dövlətiI Axsitan - Sikkələri

Axsitanın sikkələrinin aşağıdakı dörd növü vardır.

Birinci növ sikkənin üz tərəfində xəlifə əl-Müstəncid billahın (h.555-566 (1160-1170)-cı illər) və İraq sultanı Arslan şahın (h.555-571 (1160- 1176)-cı illər) adları və həmişəki kimi dini rəmz, arxa tərəfındə "əl-məlik əl-müəzzəm Axsitan ibn Mənuçöhr" həkk olunmuşdur. Amerika Numizmatika Fondundakı zərbxananın adı və kəsilmə tarixi göstərilməyən mis sikkə də bu növə aiddir. Həmin sikkədə xəlifə Müstəncid (h.555-566 (1160-1170)-cı illər) və səlcuq sultanı Arslan şahın (h.555-571 (1160-1176)-ci illər) adları vardır. Üz tərəfində "əl-məlik əl-müezzəm Axsitan ibn (Mənuçöhr) beş və əlli (xəms və xəmsin)", arxa tərəfində isə "əl-Müstəncid) billah əl- sultan Aslan şah" (sic) yazılmışdır.

İkinci Ardı »

Şirvanşahlar dövlətiHeysam ibn Xalid

Heysam ibn Xalid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda valisi, Azərbaycanda Şirvanşahlar dövlətinin banisi, müstəqil Şirvanşah tiltulu daşıyan ilk hökmdar.

Fəaliyyəti[redaktə]
Üç dəfə Azərbaycan, Arran və Ərməniyyə hakimi təyin olunmuş Məhəmməd ibn Xalidin dövründə onun qardaşı Heysam ibn Xalid Şirvanın hakimi idi, Məhəmməd özü isə Gəncədə hakimlik edirdi. H.247 (861)-ci ildə xəlifə Mütəvəkkil öldürüldükdən sonra Xilafətdə baş vermiş iğtişaşdan istifadə edən Heysəm özünü müstəqil elan etdi. O, təkhakimiyyətliliyə nail oldu və Şirvanşah titulunu qəbul etdi. Ehtimal ki, Heysəm ərəblərin təyin etdiyi Şirvanşahın hakimiyyətinə son qoymuşdur. Beləliklə, Heysəm ibn Xalid Şirvanın Şirvanşah titulu daşıyan ərəb mənşəli Məzyədilər sülaləsindən ilk müsəlman hakimdir. Həmin Ardı »

Şirvanşahlar dövlətiŞirvanşahların - Farslaşdırma siyasəti

Yəzid ibn Əhmədin hökmranhğı dövründə Şirvanşah xanədanında ilkin mənbələrdə əksini tapmayan hansısa hadisələr baş vermişdir. Həmin dövrdən Şirvanşahların adları dəyişmişdir - Yəzid ibn Əhməddən sonra ərəb adlarından qədim Sasani adlarına dönüş başlamışdır. Şirvanşah Yəzid ibn Əhmədin oğulları Ənuşirəvan və Mənuçöhr adlanırdı. Artıq X yüzilliyin birinci yarısında Məzyədi Şirvanşahlar Sasani mənşəli əsilzadə ailələri ilə qohumluq əlaqələrinə girir və həmin ailələrin qadın nümayəndələri köhnə ənənələri dirçəldirdilər. Əl-Məsudi h.332 (943)-ci ildə Şirvan şahı Məhəmməd ibn Yəzidin Sasani Bəhram Gurun nəslindən olduğunu göstərirdi. Şirvanşahların Sasani Bəhram Gurun əsilzadə nəslindən olmalarını iddia etmələri faktı özü artıq erkən dövrlərdə yerli şahlardan biri ilə, ehtimal ki, Sasani Ardı »

Şirvanşahlar dövlətiKavus ibn Keyqubad

Fəaliyyəti[redaktə]
Mənbələrin verdiyi məlumata görə Şirvanşah Keyqubad hələ sağlığında dövlətin idarə olunmasını oğlu Kavusa vermişdi. Ə.Ə.Əlizadənin fikrincə, "Keyqubad qoca olduğundan artıq dövlət işlərində fəal iştirak edə bilmirdi və ölkənin idarə edilməsini oğlu ilə bölüşdürməli olmuşdu".

Çobanilərlə münasibətlər[redaktə]
Şirvanşah Keyqubad öz hakimiyyətini Cənubi Azərbaycanda və Qarabağda möhkəmləndirən Çobani Əşrəfdən kömək umurdu. H.745 (1344/5)-ci ildə "Şirvan və Şamaxının hakimi", Şirvanşah Keyqubadın oğlu malik Kavus Şirvandan Qarabağa Məlik Əşrəfin iqamətgahına gəlir. Məlik Əşrəf Kavusu iltifatla qarşılayır, ona qiymətli hədiyyələr – daş-qaşla işlənmiş paltar və başqa şeylər verir.

Lakin Əşrəf Kavusun yanında nüfuzlu feodallardan biri olan Hacı Şəhribanın oğlu əmir Vəfadan gözlənilmədən tutub öldürür. Ardı »

Şirvanşahlar dövlətiƏhməd ibn II Məhəmməd

Fəaliyyəti[redaktə]
Şirvanşah II Məhəmmədin ölümündən sonra Əhməd və Heysəm adlı iki oğlu, boğulub öldürülmüş qardaşı Əhmədin isə Əbu-l-Heysəm ibn Əhməd adlı oğlu qalmışdır. Ölüm yatağında olan atasını yoxlamağa gələn Layzan əmiri Əhməd ibn Məhəmməd atasının ölümündən sonra onun varisi oldu. Dövlətin əyanları ona sədaqət andı içdilər. Lakin o, tezliklə xəstələndi.

"Tarix-i əl-Bab"da vəzirin Əhməd ibn Məhəmmədi baş tutmayan zəhərləmək cəhdi ortaya gətirilir. "Əhməd xəstəlikdən durandan sonra öz qulamlarını göndərdi, onlar qəfildən İbn əl- Mərağinin evinə girib onu dəyənəklə ölüncə döydülər. Təbərsəran əmiri olan Heysam Şirvanda öz hakimiyyətini möhkəmləndirən və məkrli vəzirindən xilas olan qardaşından qorxuya düşərək ləzgilər (ləkz) ölkəsinə qaçdı. Vaxtı ilə Ardı »