Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

I Fərruxzad

I Fərruxzad – Şirvanşahlar dövlətinin iyirmi dördüncü hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu.

I Axsitanın qardaşı oğlu II Fəribürz ibn II Əfridundan sonra, Axsitanın qardaşı, III Mənuçöhrün dördüncü oğlu Fərruxzad hakimiyyətə keçmişdir.

İndiyədək Fərruxzadın sikkəsi tapılmamışdır. Görünür, o, çox qısa müddət, ehtimal ki, bir ilə yaxın hakimiyyət sürmüşdür. I Fərruxzadın adı onun öz şəcərəsini göstərən oğul və nəvələrinin sikkələrindəki kitabələrdə, habelə epiqrafık abidələrdə -Mərdəkan kəndindəki dairəvi qalada oxunur: "...Gərşəsb ibn Fərruxzad ibn Mənuçöhr..." Kitabədə tarix göstərilmişdir: mərdad ayı, altı yüzüncü il (avqust, 1204-cü il). Görünür, Fərruxzad qoca vaxtında, çox az, ehtimal ki, XIII əsrin əvvəlində hakimiyyətdə olmuş və onun hakimiyyəti h.600 (1204)-cü ildən gec olmayaraq başa çatmışdır. Fərruxzadın adı Pirsaatçay xanəgahının giriş portalındakı kitabədə("... (III) Fəribürz ibn Gərşəsb ibn Fərruxzad ibn Mənuçöhr...") və Göylər kəndindəki Pirmərdəkan türbəsinin içərisindəki kitabədə("Ən böyük padşah, xaqan... Fərruxzad ibn Fəziləlmüvəhhid Mənuçöhr...") çəkilir Onun adı Dornun cədvəlində də var, lakin S. Aşurbəyliyə görə hakimiyyət illəri düzgün deyil.

Oğulları
I Güştasp - Şirvanşah
Rəşid ibn Fərruxzad - Dərbənd hakimi


Tarix: 11.02.2015 / 18:24 Müəllif: Feriska Baxılıb: 127 Bölmə: Şirvanşahlar dövləti
loading...