beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əmir Təhmuras

Əmir Təhmuras Dərbəndi — Şirvanşah şahzadəsi, Şirvanşahların sərkərdəsi.

Həyatı
Əmir Bəhlulun oğludur. I Xəlilullah dövründə Şirvan ordusunun komandanı təyin edilmişdir. Şeyx Cüneydə qarşı döyüşdə həlak olmuşdur. Qəbri Şirvanşahlar saray kompleksi ərazisindədir. Qəbirüstü kitabəsində yazılmışdır:

Bu nurlu qəbir və təmizləyici məhşər, pərəstiş edilən məqbərə rəhmətlik Şeyx Bəhlulun oğlu, mərhum, günahları bagışlanmış, böyük Allahın mərhəmətini qazanmış xoşbəxt şəhid, əzəmətli, ağıllı, kəramətli, ən böyük əmir, səxavət və şücaət sahibi dünya əmirlərinin başçısı əmir Təhmurəsindir. Hicri 863-cü il cümadiyül-axir ayı.


Tarix: 11.02.2015 / 18:17 Müəllif: Feriska Baxılıb: 88 Bölmə: Şirvanşahlar dövləti