beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəhram bəy

Bəhram bəy – Şirvanşahlar dövlətinin otuz yeddinci hökmdarı, Şirvanşah I Fərrux Yasarın oğlu.

Fəaliyyəti
Şirvanşah I Fərrux Yasarın ölümündən sonra, onun yerinə h.906 (1500)-ci ildə oğlu Bəhram bəy keçdi. O, bir il hakimiyyət sürdükdən sonra h.907 (1501)-ci ildə öz əcəli ilə öldü. Mənbələrdə onun hakimiyyətinə dair heç bir məlumat verilmir. Bu vaxt İsmayıl Təbrizə girmiş, Azərbaycanın böyük bir hissəsini birləşdirmiş, qüdrətli olmuşdu.

İsmayıl Şamaxını aldıqdan sonra öyrəndi ki, Şirvanşahın döyüş meydanından qaçıb canını qurtarmış oğlu II İbrahim (Şeyxşah) Xəzər dənizinin sahilindəki Şəhrinou qalasına çəkilir və atasının qoşunlarının salamat qalmış hissələrini ətrafına toplayır. İsmayıl sərkərdəsi Hülafə bəyə qoşun hissəsi ilə oraya getməyi əmr etdi və özü də səfərə çıxdı. Hülafə bəyin qarşısında duruş gətirə bilməyəcəyini görən Şeyxşah yaxın adamları ilə birlikdə Gilan Biye Piş əyalətinin hakimi Karkiyə Mirzə Əlidən sığınacaq istəmək məqsədilə gəmi ilə oraya yollandı. .Hürşahın fərziyyəsinə görə, Şeyxşah Rəşt hakimi əmiri Hüsaməddinin sarayında gizlənmişdi. Belə ki, həmin vaxt Əmirlə Səfəvilər arasında düşmənçilik münasibətləri var idi və buna görə də o, Fərrux Yasarın oğluna sığınacaq verə bilərdi.

Müqavimətə rast gəlməyən Hülafə bəy, Şəhrinouda düşərgə saldı. Şəhərin hakimi onun yanına gələrək itaətini bildirdi. Ertəsi gün İsmayıl özü buraya gəldi. İsmayıl Şəhrinounu tutduqdan sonra Mahmudabada qışlağa getdi. Burada ona məlum oldu ki, Bakı şəhərinin əhalisi qalalarının möhkəmliyinə bel bağlayaraq xərac verməkdən imtina edir və qızılbaşlara müqavimət göstərirlər. . Şirvanın qala və şəhərləri bütün xəzinələri ilə birlikdə İsmayılın əlinə keçmişdi. Onların yalnız bəziləri təslim olmaq istəmirdi. İsmayıl uzun çəkməyən mühasirədən sonra h.906 (1501)-cı ilin baharında Bakını aldı.


Tarix: 11.02.2015 / 18:18 Müəllif: Feriska Baxılıb: 172 Bölmə: Şirvanşahlar dövləti